Bakı-Quba yolunda ölümlə nəticələnən ağır qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yolun Şabranın Günəşli kəndindən keçən hissəsində 2 yük maşını və “Niva" markalı avtomobil toqquşub.
Qəza nəticəsində yolda hərəkət bir müddət məhdudlaşdırılıb. Bakı-Quba yolunda 1 km-dən çox məsafədə tıxac yaranıb. Digər nəqliyyat vasitələrinin Bakı istiqamətinə getmələri üçün Xaçmazdan keçmələri yönləndirilib.
Qəza nəticəsində bir nəfər ölüb, yaralılar var.
Hadisənin səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.