Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.
Bizim.Media xəbər verir ki, Senat FIA-nın ali idarəetmə orqanıdır.
Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.
Bizim.Media