Lerik rayonunun Zərdəbər kəndində 35 yaşlı qadın qonşuları tərəfindən döyülüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini Pərvanə Yusif qızı Talkobova Ruslan və Orxan Əliyev adlı qardaşlar tərəfindən fiziki zorakılığa məruz qalıb.
Hadisə barədə ilkin məlumatı qadının həyat yoldaşı Rizvan Əliyev verib. Yaralanan şəxs təcili tibbi yardım maşını ilə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu