Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsində "KİA Optima" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.
Hadisə zamanı minik avtomobilinin sükanı arxasında olan Ərkivan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyev və avtomobildəki sərnişinlər – 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov, həmçinin 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi tibb müəssisəsində davam etdirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu