Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə yerində vəfat edib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, faciəvi şəkildə ölən motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev Göyçayda dönərçi işləyirmiş.
MÖVZU İLƏ BAĞLI:
Göyçayda “VAZ-2107” motosiklet sürücüsünü vuraraq öldürdü – FOTO/VİDEO
O, bir müddət əvvəl qızının adına dönərxana açıbmış. Hadisə də Kamil dönər sifarişini ünvana apararkən baş verib.
Faktla bağlı Göyçay RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Dünyasını dəyişən gəncin fotosunu təqdim edirik:
Bizim.Media