Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
MÖVZU İLƏ BAĞLI:
Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, 1994-cü (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Beş nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən reanimasiya şöbəsinə yerləşdirilib.
Digər şəxslərin müalicəsi isə təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri sabit qiymətləndirilir.
Qeyd edək ki, yaralılardan 5 nəfər Pakistan vətəndaşıdır.
Bizim.Media