Pulunu dollarla saxlamaq istəyənlərə VACİB XƏBƏR

Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JP Morgan, ABŞ dollarının qarşıdakı 12 ay ərzində zəifləyəcəyini proqnozlaşdırıb. Analitiklər bu zəifləmənin əsasən dolların digər aparıcı valyutalara – avro, yen və funt sterlinqə qarşı baş verəcəyini bildirirlər.

Bəs, indiki mərhələdə sərmayəni dollara çevirmək daha məqsədəuyğundur, yoxsa gözləmək?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a danışıb.

O bildirib ki, Azərbaycan manatı uzun illərdir ki, ABŞ dollarına bağlanıb.

“Hazırda 1 ABŞ dolları rəsmi olaraq 1 manat 70 qəpik olaraq qalır və bu məzənnə uzun müddətdir sabit saxlanılır. Bu isə o deməkdir ki, dolların dünya bazarında digər valyutalara qarşı zəifləməsi Azərbaycan manatına qarşı məzənnəyə birbaşa təsir göstərmir. Amma dolayı yolla bu zəifləmə milli valyutanın digər valyutalara, xüsusilə də avroya qarşı dəyər itirməsinə səbəb olur.

Məsələn, son illərdə avro manata qarşı xeyli bahalaşıb. Bu, dolların dünya üzrə ucuzlaşmasının Azərbaycan manatına da avro qarşısında təsir etdiyini göstərir. Başqa sözlə, bizdə dollar sabit görünsə də, manata avroya qarşı devalvasiya baş verir”.

Belə bir şəraitdə və JP Morgan-ın proqnozlarını nəzərə alaraq, iqtisadçı bildirir ki, hazırda sərmayəni mərhələli şəkildə dollara çevirmək məsələsi aktual deyil. Çünki dünya miqyasında ucuzlaşan dollar Azərbaycan bazarında da avro və digər valyutalar qarşısında zəifləməyə davam edəcək. Bu isə vətəndaşlar və investorlar üçün avro və ya digər alternativ valyutaların alışını daha da bahalı edir.

“Hazırkı mərhələdə, xüsusilə, də avro bahalı olduğu üçün onu almaq sərfəli hesab edilmir”.

Mütəxəssis hesab edir ki, gözləmə mövqeyi tutmaq və valyuta bazarlarında vəziyyətin necə inkişaf edəcəyini izləmək daha məqsədəuyğundur:

“Dolların dünya bazarlarında sabitləşməsi və ya avronun nisbətən ucuzlaşması baş verdikdən sonra alternativ valyutalara keçid daha sərfəli ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlon Mask: "ABŞ böyük şeytandır, yoxsa ən böyük şeytan?" - FOTO

İlon Mask: "ABŞ böyük şeytandır, yoxsa ən böyük şeytan?" - FOTO

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürüldü

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürüldü

“Youtube” bu tarixdə yaş məhdudiyyəti tətbiq ediləcək

“Youtube” bu tarixdə yaş məhdudiyyəti tətbiq ediləcək

Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır

Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır

19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü

19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü

Qusarda dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ

Qusarda dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ

Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub - FOTO

Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub - FOTO

Kadırovun oğlu evlənir

Kadırovun oğlu evlənir

Rusiyanın "Su-34" qırıcıları məhv edildi

Rusiyanın "Su-34" qırıcıları məhv edildi

Rihanna atasını buna görə itiribmiş

Rihanna atasını buna görə itiribmiş

İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

İsrail İranın itkilərini açıqladı: 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürüldü

Böyük dəyişikliklər yaşamaq üzrə olan 5 BÜRC

Böyük dəyişikliklər yaşamaq üzrə olan 5 BÜRC

Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır – ARAŞDIRMA

Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır – ARAŞDIRMA

Naxçıvanda qandonduran hadisə: Siqaret üstündə dostunu öldürdü

Naxçıvanda qandonduran hadisə: Siqaret üstündə dostunu öldürdü

“Azərreyl” braziliyalı voleybolçu transfer etdi

“Azərreyl” braziliyalı voleybolçu transfer etdi

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Uşaqlıqdan Avropa çempionluğunu söz verən Rəsul Əlizadə:"Sarkisyanla ilk döyüşüm ən çətin oldu" - VİDEO

Uşaqlıqdan Avropa çempionluğunu söz verən Rəsul Əlizadə:"Sarkisyanla ilk döyüşüm ən çətin oldu" - VİDEO

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...

Xameneinin yerini bilsəm də “alçaldıcı ölümdən” qurtardım – Tramp

Xameneinin yerini bilsəm də “alçaldıcı ölümdən” qurtardım – Tramp

Yığmamız Ermənistana qalib gəldi

Yığmamız Ermənistana qalib gəldi

Vəliəhd şəhzadə üç zorlamada şübhəli bilinir

Vəliəhd şəhzadə üç zorlamada şübhəli bilinir

Türkiyədə meşə yanır: 455 ailə təxliyə olundu

Türkiyədə meşə yanır: 455 ailə təxliyə olundu

“Qəbələ” bu futbolçu ilə yollarını ayırdı

“Qəbələ” bu futbolçu ilə yollarını ayırdı

İran ABŞ ilə nüvə danışıqlarını müzakirə etmək istəyir

İran ABŞ ilə nüvə danışıqlarını müzakirə etmək istəyir

End of content

No more pages to load

RADİO