Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Elgizlə izlə” verilişində aparıcı Elgiz Əkbər məlumat verib.
O bildirib ki, ötən gün aktyorun vəziyyəti pisləşib burnundan qan açılıb. Aktyorözü də xəstəxanadan efirə görüntülü qoşularaq səhhəti ilə bağlı açıqlama verib:
“65 yaşım var, bu günə qədər qanaxma nədir bilməmişəm. Amma 4 gün idi ki, mütəmadiolaraq burnumdan qan gəlirdi. Özü də sel kimi. Təcili yardıma müraciət etdim. Gecəyarı idi, xəstəxanaya apardılar. Orada müalicə etdilər. Qanaxma dayandı.Lakin evə gəldim, qanaxma yenidən başladı. Sonra başqa bir həkimə müraciət etdim. İndi qanaxmam dayanıb. Yəqin ki, daha da yaxşı olacağam”. (Axşam.az)
Bizim.Media