“Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı saxta xəbər- “fake news” kampaniyası başlayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
"Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır.
İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib. Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur", - məlumatda qeyd edilib.
Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə müəllimlərin sertifikasiya imtahanında pozuntulara yol verildiyi ilə bağlı iddialar yayılıb.
Bizim.Media