Dolğu etdirmək istəyənlərə QORXUNC XƏBƏRDARLIQ – Bədəniniz çürüyə BİLƏR

Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara – o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza) səbəb olduğunun şahidi oluruq.

Xüsusilə burun, alın və dodaq ətrafı kimi damarlara yaxın bölgələrdə səhv inyeksiyaların həyati təhlükə yaratması ilə bağlı təcrübələr kifayət qədərdir.

Bəs dolğular hansı hallarda bədənin çürüməsinə səbəb ola bilir?

Mövzu ilə bağlı kosmetoloq Səadət Mustafayeva Bizim.Media-ya danışıb.

O, dolğunun əsas risk faktorlarından bəhs edib.

“Dolğuda iki əsas risk faktoru var: həkimin peşəkarlığı və istifadə olunan preparatın keyfiyyəti. Əgər həkim lazımi tibbi savada malik deyilsə və keyfiyyətsiz dolğu maddəsindən istifadə edilirsə, nəticələr ciddi ola bilər.

Həkim preparatı inyeksiya edərkən onun damara daxil olmamasına xüsusi diqqət yetirməlidir. Uyğun olmayan nahiyəyə tətbiq və ya süni, keyfiyyətsiz maddənin istifadəsi damarlarda tıxanma yarada bilər. Bu zaman qan dövranı pozulur, toxumalar oksigensiz qalır və nəticədə çürümə – yəni nekroz baş verir”.

Kosmetoloq bildirib ki, bəzi süni sintetik dolğular insan orqanizmində "yatmış bomba" effekti yaradır.

“Belə maddələr zamanla əyilmə, fibrozlaşma, iltihab və allergik reaksiyalara səbəb ola bilər. Hətta dolğunun içindəki maddə illər sonra fəsad verməyə başlayır. Təbii dolğuların keyfiyyətli və keyfiyyətsiz olan növləri var”.

S.Mustafayevanın sözlərinə görə, hazırda Azərbaycanda bu sahədəki ən böyük problem keyfiyyətsiz preparatların istifadəsidir. Bu isə həkimlərin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır.

“Əgər dolğu materialı keyfiyyətlidirsə və prosedur peşəkar şəkildə aparılıbsa, çürümə riski yoxdur”.

Kosmetoloq proseduru etdirərkən təcrübəli və ixtisaslı həkim seçməyi tövsiyə edib.

“Eyni zamanda prosedurun steril şəraitdə aparılmasına diqqət edilməli, yalnız sertifikatlı və keyfiyyətli dolğu preparatlarından istifadə olunmalıdır”, - deyə o xəbərdarlıq edib.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Messiyə olan son borcunu ÖDƏYİR

"Barselona" Messiyə olan son borcunu ÖDƏYİR

Yekaterinburqda saxlanılan azərbaycanlılar sabah məhkəməyə çıxarılacaq, 5 nəfərin ölməsi xəbəri TƏSDİQLƏNMİR

Yekaterinburqda saxlanılan azərbaycanlılar sabah məhkəməyə çıxarılacaq, 5 nəfərin ölməsi xəbəri TƏSDİQLƏNMİR

Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən və yaralılar var -ÖZƏL FOTO

Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən və yaralılar var -ÖZƏL FOTO

“Emirates” Tehrana uçuşlara qoyulan qadağanı UZATDI

“Emirates” Tehrana uçuşlara qoyulan qadağanı UZATDI

Tolikin Almaniyada yaşayan anası ad gününə gəldi - VİDEO

Tolikin Almaniyada yaşayan anası ad gününə gəldi - VİDEO

İlon Maskdan Xameneiyə qeyri-adi sual - FOTO

İlon Maskdan Xameneiyə qeyri-adi sual - FOTO

"Həmin müğənnilər oğrularla əlbirdirlər"

"Həmin müğənnilər oğrularla əlbirdirlər"

NATO Zelenskini əliboş YOLA SALDI – Ukrayna nə qədər DAVAM GƏTİRƏCƏK?

NATO Zelenskini əliboş YOLA SALDI – Ukrayna nə qədər DAVAM GƏTİRƏCƏK?

“Qəbələ”dən ayrılan futbolçu “İmişli”yə keçir?

“Qəbələ”dən ayrılan futbolçu “İmişli”yə keçir?

Anar Ələkbərov FIA Senatına üzv SEÇİLDİ

Anar Ələkbərov FIA Senatına üzv SEÇİLDİ

Nadir İsrafilov vəfat etdi

Nadir İsrafilov vəfat etdi

Yayda özünüzü həşəratlardan bu üsullarla qoruyun

Yayda özünüzü həşəratlardan bu üsullarla qoruyun

“Zirə”-“Hayduk” oyunlarının vaxtı AÇIQLANDI

“Zirə”-“Hayduk” oyunlarının vaxtı AÇIQLANDI

Yekaterinburqda öldürülənlərin meyitləri Azərbaycana bu tarixdə yola salınacaq

Yekaterinburqda öldürülənlərin meyitləri Azərbaycana bu tarixdə yola salınacaq

“Kəpəz” kapitanı ilə yollarını ayırdı – RƏSMİ

“Kəpəz” kapitanı ilə yollarını ayırdı – RƏSMİ

Pis yuxu görmək erkən ölüm riskini 3 dəfə artırır

Pis yuxu görmək erkən ölüm riskini 3 dəfə artırır

“Büyükfırat”ın sahibinə ağır itki

“Büyükfırat”ın sahibinə ağır itki

Ən anlayışlı 5 BÜRC

Ən anlayışlı 5 BÜRC

Lerikdə qadını döyənlər qohumları olub – RƏSMİ AÇIQLAMA

Lerikdə qadını döyənlər qohumları olub – RƏSMİ AÇIQLAMA

“Real” Vinisiusla razılaşa bilmir

“Real” Vinisiusla razılaşa bilmir

Tolikin ad gününə ötən il Aysunla getmişdi, bu il yeni xanımı ilə… - FOTO/VİDEO

Tolikin ad gününə ötən il Aysunla getmişdi, bu il yeni xanımı ilə… - FOTO/VİDEO

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri KEÇİRİLƏCƏK

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri KEÇİRİLƏCƏK

Ən çox can alan xəstəlik açıqlandı - Minlərlə insan bu səbəbdən HƏYATINI İTİRİR

Ən çox can alan xəstəlik açıqlandı - Minlərlə insan bu səbəbdən HƏYATINI İTİRİR

Sabah Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi olacaq

Sabah Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi olacaq

End of content

No more pages to load

RADİO