“Bərk buğdadan hazırlanmış makaronlara üstünlük verin. Onlar daha yaxşı mənimsənilir, daha rahat həzm olunur və şəkərin səviyyəsinin qəfil qalxmasına səbəb olmur”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə diyetoloqlar tövsiyə veriblər.
Onlar bir dəfəyə yüz qramdan çox olmayan makaron yeməyi məsləhət görürlər. Bu, bədəninizi doyurmaq üçün kifayət edəcək. Lakin həddindən artıq yemək doğru deyil.
Makaron bir qədər az bişməlidir. Bu yolla onlar daha aşağı glisemik indeksə sahib olacaqlar ki, bu da ümumi sağlamlığınız üçün daha yaxşıdır.
Sous deyil, tərəvəzləri əlavə edin.
Kərə yağı və ya mayonez sousları yerinə tərəvəzlər, zeytun yağı, göyərti və qurudulmuş pomidorlardan istifadə etmək daha yaxşıdır. Belə inqrediyentlər orqanizm üçün daha faydalıdır.
Gecə makaron yeməyin.
Makaron ən yaxşı şəkildə günün birinci yarısında və ya fiziki fəaliyyətdən sonra həzm olunur. Axşam onları yeməmək daha yaxşıdır. Çünki onlar bədənə əlavə yük kimi çökə bilər.
Surxay Atakişiyev, Bizim.Media