Dünya bunu çoxdan edib: Azərbaycanda da olacaq – YENİLİK

Elm və təhsil naziri Emin Əmrullayevin məktəblərdə Çin dilinin tədris olunması ilə bağlı fikirləri müzakirələrə səbəb olub. Bəziləri bunun faydalı olacağını düşünür, digərləri qərarın əhəmiyyətini sorğulayır. Bu istiqamətdə valideynlər və təhsil mütəxəssisləri arasında fərqli yanaşmalar var.

Niyə məhz Çin dili? Bu addım gənclər üçün hansı imkanlar yarada bilər?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan təhsil eksperti Sona Əliyevanın sözlərinə görə, nazirin fikri önəmli strateji təşəbbüsdür:

“Çin iqtisadi baxımdan dünyanın ikinci, texnoloji innovasiyalara görə isə lider ölkələrindən biridir. Son illər rəsmi Pekinlə Bakının enerji, nəqliyyat, ticarət, texnologiya və təhsil sahələrində əməkdaşlığı genişlənir.

Belə şəraitdə Çin dilini bilən gənclərin yetişdirilməsi ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirəcək, gələcək əmək bazarında onlara strateji üstünlük qazandıracaq. Həmçinin Çində təhsil almaq, təqaüd proqramlarında, ikitərəfli iqtisadi və mədəni layihələrdə iştirak etmək, beynəlxalq şirkətlərdə çalışmaq imkanları yaranacaq. Lakin təşəbbüslə bağlı bir sıra çağırışlar və çatışmazlıqlar da nəzərə alınmalıdır”.

Ekspert bildirib ki, hazırda ölkədə Çin dili üzrə ixtisaslaşmış müəllimlərin sayı çox azdır:

“Bu sahədə həm kadr hazırlığı, həm də mövcud resursların zəifliyi əsas problemlərdəndir. Azərbaycan dilində və milli kurikulum kontekstində uyğunlaşdırılmış dərslik və tədris materiallarının olmaması keyfiyyətə ciddi təsir edə bilər.

Paralel olaraq, valideyn və şagirdlər arasında dilin faydaları haqda kifayət qədər maarifləndirmə işi aparılmayıb. Bu, marağın az olmasına gətirib çıxaracaq. Digər tərəfdən, hələ də dərsliklərin keyfiyyəti, müəllim hazırlığı, ingilis dili bacarıqları və sair kimi ciddi problemlər var. Belə halda, Çin dili təşəbbüsü vacib sahələrin arxa plana keçməsi ilə nəticələnə bilər. Ona görə də diqqətli planlama və mərhələli yanaşma lazımdır”.

S.Əliyeva Çin dili tədrisinə mərhələli şəkildə başlanılmasını təklif edib:
 

“Əvvəlcə Bakı və iri şəhərlərdə seçilmiş məktəblərdə pilot layihələr həyata keçirilsin. Universitetlərdə Çin dili müəllimliyi üzrə ixtisaslar açılsın, Konfutsi İnstitutu və Çin səfirliyi ilə əməkdaşlıq çərçivəsində təlim və təqaüd proqramları təşkil edilsin. Bu təşəbbüs yalnız dərs proqramına bir dil əlavə etmək deyil, Azərbaycanın gələcək beynəlxalq mövqeyinə yönəlmiş strateji addımdır”.


Qeyd edək ki, Çin dili Asiya, Afrika və ərəb ölkələrinin milli təhsil sistemlərinə daxil edilib. Avropa, ABŞ, Kanada kimi qərb ölkələrində isə seçim predmetidir. Pekinin rəsmi məlumatlarına görə, 70-dən çox ölkədə bu dil tədris olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Montella ilə bağlı qərar verildi

Montella ilə bağlı qərar verildi

Ərdoğandan Orta dəhlizlə bağlı mühüm açıqlama

Ərdoğandan Orta dəhlizlə bağlı mühüm açıqlama

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Türkiyə və Ermənistan nazirləri görüşüb

Türkiyə və Ermənistan nazirləri görüşüb

Qarpızı bununla yemək daha faydalıdır

Qarpızı bununla yemək daha faydalıdır

"Azərbaycanfilm" kinostudiyasından partlayışla bağlı son AÇIQLAMA

"Azərbaycanfilm" kinostudiyasından partlayışla bağlı son AÇIQLAMA

Benzinlə bağlı VACİB XƏBƏR

Benzinlə bağlı VACİB XƏBƏR

“Sabah”dan yeni transfer

“Sabah”dan yeni transfer

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU

Ən çox fərqlənmə attestatını bu bölgədən olan məzunlar ALIBLAR – FOTO

Ən çox fərqlənmə attestatını bu bölgədən olan məzunlar ALIBLAR – FOTO

Sertifikasiya imtahanındakı pozuntularla bağlı iddialara RƏSMİ CAVAB

Sertifikasiya imtahanındakı pozuntularla bağlı iddialara RƏSMİ CAVAB

Rusiya və İran arasında uçuşlar bərpa edildi

Rusiya və İran arasında uçuşlar bərpa edildi

ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO

ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO

Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Qara istiotun bilmədiyimiz FAYDALARI

Qara istiotun bilmədiyimiz FAYDALARI

Ermənistanda kütləvi etiraz aksiyaları BAŞLADI – Əhali İrəvana YÜRÜŞ EDİR – VİDEO

Ermənistanda kütləvi etiraz aksiyaları BAŞLADI – Əhali İrəvana YÜRÜŞ EDİR – VİDEO

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR

Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR

Bu 3 bürc özünü idarə edə bilməyəcək - Diqqətli olun

Bu 3 bürc özünü idarə edə bilməyəcək - Diqqətli olun

Rusiyaya gedəcək azərbaycanlılara XƏBƏRDARLIQ: QƏRAR VERİLDİ

Rusiyaya gedəcək azərbaycanlılara XƏBƏRDARLIQ: QƏRAR VERİLDİ

İlon Maska növbəti ZƏRBƏ

İlon Maska növbəti ZƏRBƏ

Məşhur reper tədbirlərə çılpaq gəldiyi üçün arvadına PUL ÖDƏYİRMİŞ...

Məşhur reper tədbirlərə çılpaq gəldiyi üçün arvadına PUL ÖDƏYİRMİŞ...

End of content

No more pages to load

RADİO