Maşınlarını işçilərə yuduzduran direktor və müavini - Cəzalandırılacaq

Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur.

Halbuki mövcud qaydalara əsasən, məktəb ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.

İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.

Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. Belə ki, onun altı nəfərdən 2 500-3 000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edən şəxslərə isə aylarla “hazırda yoxdur, sonra qaytaracağam” cavabını verdiyi deyilir.

Ən diqqətçəkən məqamlardan biri isə direktor Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamalarıdır. Onun yaxın çevrəsində “Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var - verirsən, işin həll olunur”, kimi ifadələr işlətdiyi iddia olunur.
 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.


Həmçinin qeyd olunub ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb:

“Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğandan Orta dəhlizlə bağlı mühüm açıqlama

Ərdoğandan Orta dəhlizlə bağlı mühüm açıqlama

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Türkiyə və Ermənistan nazirləri görüşüb

Türkiyə və Ermənistan nazirləri görüşüb

Qarpızı bununla yemək daha faydalıdır

Qarpızı bununla yemək daha faydalıdır

"Azərbaycanfilm" kinostudiyasından partlayışla bağlı son AÇIQLAMA

"Azərbaycanfilm" kinostudiyasından partlayışla bağlı son AÇIQLAMA

Benzinlə bağlı VACİB XƏBƏR

Benzinlə bağlı VACİB XƏBƏR

“Sabah”dan yeni transfer

“Sabah”dan yeni transfer

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU

Ən çox fərqlənmə attestatını bu bölgədən olan məzunlar ALIBLAR – FOTO

Ən çox fərqlənmə attestatını bu bölgədən olan məzunlar ALIBLAR – FOTO

Sertifikasiya imtahanındakı pozuntularla bağlı iddialara RƏSMİ CAVAB

Sertifikasiya imtahanındakı pozuntularla bağlı iddialara RƏSMİ CAVAB

Rusiya və İran arasında uçuşlar bərpa edildi

Rusiya və İran arasında uçuşlar bərpa edildi

ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO

ABŞ-yə köçmək məcburiyyətində qaldığı üçün ağladı - VİDEO

Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Şamaxıda TORPAQ SÜRÜŞMƏSİ – Yol yararsız hala düşdü – FOTO

Qara istiotun bilmədiyimiz FAYDALARI

Qara istiotun bilmədiyimiz FAYDALARI

Ermənistanda kütləvi etiraz aksiyaları BAŞLADI – Əhali İrəvana YÜRÜŞ EDİR – VİDEO

Ermənistanda kütləvi etiraz aksiyaları BAŞLADI – Əhali İrəvana YÜRÜŞ EDİR – VİDEO

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR

Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR

Bu 3 bürc özünü idarə edə bilməyəcək - Diqqətli olun

Bu 3 bürc özünü idarə edə bilməyəcək - Diqqətli olun

Rusiyaya gedəcək azərbaycanlılara XƏBƏRDARLIQ: QƏRAR VERİLDİ

Rusiyaya gedəcək azərbaycanlılara XƏBƏRDARLIQ: QƏRAR VERİLDİ

İlon Maska növbəti ZƏRBƏ

İlon Maska növbəti ZƏRBƏ

Məşhur reper tədbirlərə çılpaq gəldiyi üçün arvadına PUL ÖDƏYİRMİŞ...

Məşhur reper tədbirlərə çılpaq gəldiyi üçün arvadına PUL ÖDƏYİRMİŞ...

Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…

Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…

End of content

No more pages to load

RADİO