Sertifikatlaşdırma imtahanında UNİKAL HADİSƏ – Ana və qızı eyni gündə yüksək BAL TOPLADI – FOTO

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanının növbəti mərhələsi başa çatıb. Sertifikatlaşdırma prosesinin beşinci günündə fizika fənni üzrə Şəki-Zaqatala regionu üzrə 518 müəllim imtahanlara qatılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, imtahana qatılan 518 müəllimin arasında iki nəfər də vardı - ana Aynur Qədirova və qızı Leyla Yusifova.  

Onların hər ikisi fizika müəllimidir. 

Aynur Qədirova Şəkinin Dəhnə kənd tam orta məktəbin fizika müəllimidir və 30 ilə yaxındır ki, kənddə bu fəndən dərs tədris edir. Qızı Leyla isə müəllimlərin işə qəbulu imtahanlarından uğurla keçərək rayonun Turan qəsəbəsində çalışır. Onlar imtahana birlikdə qatılıb. 

Bu maraqlı məqam isə Bizim.Media-nın əməkdaşının diqqətindən yayınmayıb.


İmtahandan əvvəl fürsətdən yararlanıb ana və övladına yaxınlaşırıq. Aynur müəllimə bu sahədə on illər çalışmasına baxmayaraq, yüzlərlə şagird yetişdirsə də, çox həyəcanlı olduğunu deyir. Təcrübəli müəllim “Hər dəqiqənin bir hökmü var, hər şey ola bilər. Əlbəttə hər kəsin arzususudur ki, ən yüksək nəticə göstərsin. Hər kəsə uğur diləyirəm” deyərək imtahanların sonunu gözləməyi tövsiyə edir. 

Leyla isə çox rahat və sakit görünür və imtahandan keçəcəyini hətta nəticəsinin yüksək olacağına əmin görünürdü. 

Beləcə imtahanlar başlayır.  Saat 13-dən başlayaraq imtahan zallarının qapısı açılır. Müəlimlər bir-iki çıxmağa başlayır. Kimi yenə gərgin və əsəbi, kimi gözüyaşlı və kimlər də üzündə gülüş dolu məqamlarıyla yadda qalır. 


Və budur ana və övladının da qapıdan çıxması diqqətimizdən yayınmır. 

Onların gözlərində sevinc hiss olunur.  

“Aynur müəlliməni təbrik edirik. İnanırıq ki, nəticəsi əladır”, - deyə səslənirik. 

- Çox sağ olun. Bəli, 56 bal toplamışam. Doğrusu çox həyəcanlı və narahat idim. Sizinlə səhərki söhbətdən sonra isə məsuliyyətim daha çox artmışdı.  

- Bəs Leyla müəllimədə vəziyyət necədir? 

- Leyla qızım, 53 bal toplayıb. Bir az tələskənliyə yol verib. Əlbəttə, təcrübə öz sözünü  deyir. Yəqin evdə daha rahat müzakirə aparıb səhvlərimizi görə və təhlil edə biləcəyik”, deyərək ailə üzvlərinin yanına istiqamət alırlar. 


Regional təhsil idarəsindən bildirilib ki, imtahanlarda 60 sual təqdim edilir və hər düzgün sual 1 balla cavablandırılır. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.  

Qeyd edək ki, 30-50 arası bal toplayanlara maaşın 10 faizi, 51 və daha çox bal toplayanlara isə müsahibə mərhələsindən sonra maaşın 35 faizi qədər artım əlavə olunur.  






Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Porto”nun yeni baş məşqçisi bəlli oldu

“Porto”nun yeni baş məşqçisi bəlli oldu

Sərxoş sürücü avtomobili uşaqların üstünə sürdü - ÖLƏN VAR - VİDEO

Sərxoş sürücü avtomobili uşaqların üstünə sürdü - ÖLƏN VAR - VİDEO

“Şamaxı”da portuqaliyalı yarımmüdafiəçi

“Şamaxı”da portuqaliyalı yarımmüdafiəçi

Ermənistandan Ukraynaya CAVAB

Ermənistandan Ukraynaya CAVAB

“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

Türkan Şoray buna görə ekranlara çıxmır

Türkan Şoray buna görə ekranlara çıxmır

Azərbaycanın iki rayonunda İŞIQ OLMAYACAQ

Azərbaycanın iki rayonunda İŞIQ OLMAYACAQ

Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Şəki “İpək Yolu” Musiqi Festivalı başa çatdı

Şəki “İpək Yolu” Musiqi Festivalı başa çatdı

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı - FOTO

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı - FOTO

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Gəncədə avtomobil piyadanı vurdu

Gəncədə avtomobil piyadanı vurdu

Araqçi: “ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır”

Araqçi: “ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır”

Temu insanları aldadır

Temu insanları aldadır

Gürcüstanda məşhur iş adamı TUTULDU

Gürcüstanda məşhur iş adamı TUTULDU

Xaçmazda ağac minik avtomobilinin üstünə aşdı - FOTO

Xaçmazda ağac minik avtomobilinin üstünə aşdı - FOTO

“Karvan” “Turan Tovuz”un üzvü ilə anlaşdı

“Karvan” “Turan Tovuz”un üzvü ilə anlaşdı

Qərbi Azərbaycan İcması İlham Əliyevə təşəkkür etdi

Qərbi Azərbaycan İcması İlham Əliyevə təşəkkür etdi

Yevlaxda 40 yaşlı kişi itkin düşdü - ÖZƏL

Yevlaxda 40 yaşlı kişi itkin düşdü - ÖZƏL

“Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı

“Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı

Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56-sı gecikir

Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56-sı gecikir

Fatimə Kərimdən üzr istədi

Fatimə Kərimdən üzr istədi

Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar?

Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar?

End of content

No more pages to load

RADİO