“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 751.8 min ABŞ dolları dəyərində 42 786 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20.3% və ya 7216 ədəd, dəyəri isə 21.8% və ya 141 milyon 293.8 min ABŞ dollar artıb.

Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.6% artaraq 767 təşkil edib.
 

Bu, Azərbaycanda avtomobil parkının tədricən yeniləndiyini göstərir. Bakı küçələrində son illərdə daha çox yeni, texnoloji cəhətdən inkişaf etmiş, həm də ekoloji baxımdan daha təmiz avtomobillər üstünlük təşkil edir.


Əvvəllər geniş yayılmış köhnə rus istehsalı “Jiquli” və ya “Volqa” kimi modellər, eləcə də 90-cı illərin və 2000-lərin əvvəlinə aid köhnə alman, yapon avtomobilləri demək olar ki, dövriyyədən çıxarılıb. “Mercedes”in “çeşka”, “yeşka” kimi klassik modellərinin sayı kəskin azalıb. "Toyota"nın “Prius” modelləri də əvvəlki qədər populyar deyil.

Bəs mütəxəssislər avtomobil parkının yenilənməsi istiqamətində hazırkı vəziyyəti necə qiymətləndirirlər?

"Son illərdə aparılan islahatlar real nəticələr verir"

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev “Kaspi”yə açıqlamasında bildirir ki, avtomobil sektorunda son illərdə aparılan islahatlar real nəticələr verir: “Ümumilikdə, 2021-ci ildən başlayaraq ölkəmizdə avtomobil sektorunda ciddi dəyişikliklər və dövlət dəstəyi müşahidə olunur.

Bu dövrdə qəbul edilən qərarlar, xüsusilə də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər avtomobil parkının yenilənməsinə böyük töhfə verib. Utilizasiya prosesinin başlanması isə əhalidə anlayış formalaşdırıb ki, artıq köhnə avtomobillərin gələcəyi yoxdur və sağlam, təhlükəsiz nəqliyyat vasitələrinə ehtiyac var. Bu yanaşma da yenilənməni təşviq edən əsas amillərdəndir”.

Müasir və təhlükəsiz nəqliyyat vasitələri
 

E.Əliyevin qənaətincə, 2024-cü ildə müşahidə edilən digər müsbət hal ondan ibarətdir ki, artıq ikinci əl, 8-10 ildən çox yaşı olan, mühərrik həcmi böyük avtomobillərin qiymətləri ucuzlaşmaqdadır:


“Məsələn, əvvəllər 1999-cu ilin “çeşka” modelini 13-14 min manata satırdılar. İndi bazar özü qiymətləri tənzimləyir və real dəyərlə satış baş verir. Əlbəttə, avtomobil parkını bir anda tamamilə yeniləmək mümkün deyil. Amma bu, mərhələli şəkildə baş verir. Xüsusilə taksi parkının yenilənməsi şəhər daxilində köhnə avtomobillərin dövriyyədən çıxmasına səbəb olub ki, bu da vacib nəticələrdəndir. Bütün bu addımlar onu göstərir ki, sektor düzgün istiqamətdə inkişaf edir və yaxın illərdə də bu islahatlar davam edəcəyi təqdirdə, avtomobil parkımız müasir və təhlükəsiz nəqliyyat vasitələrindən ibarət olacaq”.

“Tam yenilənmə qısa müddətdə baş verə bilməz”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də təsdiqləyir ki, avtomobil parkının yenilənməsi istiqamətində müsbət tendensiya müşahidə olunur:

“Parkın tam yenilənməsi qısa müddətdə baş verə bilməz. Bu, zaman tələb edən bir prosesdir. Amma bu sahədə müsbət tendensiya müşahidə olunur. Son illərdə ölkəyə gətirilən avtomobillərə yaş məhdudiyyətlərinin tətbiqi, eyni zamanda, ekoloji baxımdan üstün olan yeni nəsil elektrik və hibrid avtomobillərə marağın artması bu prosesə ciddi təkan verir. Bu amillər avtomobil parkının yenilənməsi istiqamətində atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər”.

"Ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır"

Nəqliyyat eksperti vurğulayır ki, avtomobil parkının yenilənməsi ekologiya baxımından da mühüm əhəmiyyət daşıyır:

“Yeni avtomobillər havaya buraxılan zərərli qazların miqdarını azaldır, daha təhlükəsiz və komfortludur. Köhnə avtomobillər adətən yüksək yanacaq sərfiyyatına və zəhərli tullantıların əhəmiyyətli dərəcədə emissiyasına səbəb olur. Bu da şəhər havasının keyfiyyətinin aşağı düşməsi, ekoloji tarazlığın pozulması kimi problemlərə yol açır”.

Yenilənmənin göstəricisi

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, şəhər küçələrində köhnə modellərin azalması yenilənmənin göstəricisidir:

“Şəhərdə avtomobil parkının yenilənməsi artıq ciddi şəkildə nəzərə çarpır. Bu, çox müsbət haldır. Son dövrlərdə Çin istehsalı avtomobillər, elektromobillər və hibrid modellər daha çox yayılıb. Xüsusilə lizinq imkanları bu prosesi daha da sürətləndirir”.

"Şəhər nəqliyyatını daha təhlükəsiz edir"
 

Mütəxəssis bildirir ki, yeni avtomobillərin təhlükəsizlik sistemləri - əyləc, təkər və elektron sabitlik kimi elementləri daha təkmildir:


“Bu, yollarda baş verən qəzaların sayının azalmasına da şərait yaradır. Köhnə avtomobillərin uzun əyləc məsafəsi və texniki nasazlıqları daha çox risk yaradır. Avtoparkın tədricən yenilənməsi bu riskləri azaldır və şəhər nəqliyyatını daha təhlükəsiz edir”.

“Bazarda durğunluq müşahidə edilir”

A.Nəbiyevin sözlərinə görə, hazırda avtomobil bazarında durğunluq müşahidə edilir: “İkinci əl avtomobillərə maraq azalıb, insanlar daha çox avtomobil salonlarına və lizinq imkanlarına üstünlük verirlər. Ümumilikdə, avtomobil parkının yenilənməsi həm ekologiyaya, həm də yol təhlükəsizliyinə müsbət təsir göstərir”. ("Kaspi" qəzeti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzillərlə bağlı görünməyən təhlükə – Diqqətli olun!

Mənzillərlə bağlı görünməyən təhlükə – Diqqətli olun!

“WhatsApp”a "bezdirici" yenilik gəldi - Hamıda görünəcək

“WhatsApp”a "bezdirici" yenilik gəldi - Hamıda görünəcək

Uşaq oturacağından istifadə etməyən sürücülərə XƏBƏRDARLIQ

Uşaq oturacağından istifadə etməyən sürücülərə XƏBƏRDARLIQ

Ermənistan xüsusi təyinatlıları kilsəni əliboş tərk etdilər – YENİLƏNİB/VİDEO

Ermənistan xüsusi təyinatlıları kilsəni əliboş tərk etdilər – YENİLƏNİB/VİDEO

ABŞ-nin birinci xanımı qeyri-qanuni miqrant elan edildi

ABŞ-nin birinci xanımı qeyri-qanuni miqrant elan edildi

Alimlərdən maraqlı kəşf: Yer kürəsində həyat spirtdən yaranıb

Alimlərdən maraqlı kəşf: Yer kürəsində həyat spirtdən yaranıb

Nazilə narkotik alverinə görə saxlanılan ailənin müdafiəsinə QALXDI - VİDEO

Nazilə narkotik alverinə görə saxlanılan ailənin müdafiəsinə QALXDI - VİDEO

"Nənələr" qrupunun məşhur üzvü VƏFAT ETDİ – FOTO

"Nənələr" qrupunun məşhur üzvü VƏFAT ETDİ – FOTO

İsrail indi də Livanı HƏDƏF ALDI – VİDEO

İsrail indi də Livanı HƏDƏF ALDI – VİDEO

Ukrayna yeni əməliyyatlara hazırlaşır – Umerov SİRLƏRİ AÇDI

Ukrayna yeni əməliyyatlara hazırlaşır – Umerov SİRLƏRİ AÇDI

Üç BÜRC nəhayət tənhalığa son qoyacaq - kim sevgi tapacaq?

Üç BÜRC nəhayət tənhalığa son qoyacaq - kim sevgi tapacaq?

Roza Zərgərli yeriyə bilmir – ŞOK VİDEO

Roza Zərgərli yeriyə bilmir – ŞOK VİDEO

Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır – VİDEO

Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır – VİDEO

Limonun qiyməti ətlə YARIŞIR – Kəskin bahalaşmanın səbəbi BƏLLİ OLDU

Limonun qiyməti ətlə YARIŞIR – Kəskin bahalaşmanın səbəbi BƏLLİ OLDU

Xarici turistin Xınalıqda paraşüt ŞOUSU – VİDEO

Xarici turistin Xınalıqda paraşüt ŞOUSU – VİDEO

Niderland millisi ilkə İMZA ATDI

Niderland millisi ilkə İMZA ATDI

Milyonluq toyun ilk günü – FOTOLAR

Milyonluq toyun ilk günü – FOTOLAR

Pəhriz saxlamadan da arıqlamaq mümkündür – BU YOLLA

Pəhriz saxlamadan da arıqlamaq mümkündür – BU YOLLA

"Kupça"sı olmayanların NƏZƏRİNƏ: Proses sürətlənir

"Kupça"sı olmayanların NƏZƏRİNƏ: Proses sürətlənir

İranın yeni SƏFİRİ: “Əminik ki, Azərbaycan ərazisindən bizə qarşı heç vaxt istifadə oluna bilməz"

İranın yeni SƏFİRİ: “Əminik ki, Azərbaycan ərazisindən bizə qarşı heç vaxt istifadə oluna bilməz"

Banklarda nağd pul çatışmazlığı yaranıb?

Banklarda nağd pul çatışmazlığı yaranıb?

İranın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

İranın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO

Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO

“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb

“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb

End of content

No more pages to load

RADİO