MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının dəqiq vaxtı və yeri məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib. İmtahanların keçirləcəyi tarix, saat və yer barədə məlumat artıq iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
 

Beləliklə, MİQ-ə buraxılan müəllimlər imtahanların nə vaxt və harda keçiriləcəyini artıq bilirlər.


MİQ imtahanları iyulun 3-10-u aralığında keçiriləcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
 

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.


Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb

“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda evlənənlərin yaş fərqi: 29 yaşlı gəlinlə 60 yaşlı bəy...

Azərbaycanda evlənənlərin yaş fərqi: 29 yaşlı gəlinlə 60 yaşlı bəy...

"Bahar" serialında 4 ayrılıq: Baş rol da vida etdi - FOTO

"Bahar" serialında 4 ayrılıq: Baş rol da vida etdi - FOTO

“İmişli” 5 futbolçu ilə “davam” dedi

“İmişli” 5 futbolçu ilə “davam” dedi

Makaron sevənlərin DİQQƏTİNƏ – Bu cür bişirsəniz, kökəlməzsiniz!

Makaron sevənlərin DİQQƏTİNƏ – Bu cür bişirsəniz, kökəlməzsiniz!

Ermənistanda daha bir din xadimi SAXLANILDI – VİDEO

Ermənistanda daha bir din xadimi SAXLANILDI – VİDEO

Dünyanın yarısı bu problemdən əziyyət çəkir – “Napoleon sindromu” NƏDİR?

Dünyanın yarısı bu problemdən əziyyət çəkir – “Napoleon sindromu” NƏDİR?

Dünya bunu çoxdan edib: Azərbaycanda da olacaq – YENİLİK

Dünya bunu çoxdan edib: Azərbaycanda da olacaq – YENİLİK

Maşınlarını işçilərə yuduzduran direktor və müavini - Cəzalandırılacaq

Maşınlarını işçilərə yuduzduran direktor və müavini - Cəzalandırılacaq

Hansı bürclər tezliklə VARLANACAQ? – Pul "sel" kimi gələcək

Hansı bürclər tezliklə VARLANACAQ? – Pul "sel" kimi gələcək

Kinostudiyadakı partlayışla bağlı YENİ DETALLAR

Kinostudiyadakı partlayışla bağlı YENİ DETALLAR

“Real” 1/8 finala yüksəldi – VİDEO

“Real” 1/8 finala yüksəldi – VİDEO

Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır

Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır

Rusiyanın adı çıxıb, 10 ölkədə spirtli içki daha çox içilirmiş – ÜST-ün hesabatı

Rusiyanın adı çıxıb, 10 ölkədə spirtli içki daha çox içilirmiş – ÜST-ün hesabatı

SON DƏQİQƏ! Ermənistanda xüsusi təyinatlılar kilsəyə GİRDİ – II Qaregin həbs olunur? – ANBAAN VİDEO

SON DƏQİQƏ! Ermənistanda xüsusi təyinatlılar kilsəyə GİRDİ – II Qaregin həbs olunur? – ANBAAN VİDEO

Sudanın yeni səfiri İlham Əliyevdən nəyi XAHİŞ ETDİ?

Sudanın yeni səfiri İlham Əliyevdən nəyi XAHİŞ ETDİ?

Lənkəranda DƏHŞƏT – 57 yaşlı qadın həyatını itirdi – FOTO

Lənkəranda DƏHŞƏT – 57 yaşlı qadın həyatını itirdi – FOTO

Prezident Sudanın yeni səfirini QƏBUL ETDİ – FOTO

Prezident Sudanın yeni səfirini QƏBUL ETDİ – FOTO

Uşaqları dini mərasimlərə aparanlara XƏBƏRDARLIQ

Uşaqları dini mərasimlərə aparanlara XƏBƏRDARLIQ

Yayda ayaqları qorumaq üçün 5 QIZIL TÖVSİYƏ

Yayda ayaqları qorumaq üçün 5 QIZIL TÖVSİYƏ

Ən yüksək maaş alan futbolçular - SİYAHI

Ən yüksək maaş alan futbolçular - SİYAHI

Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Prezidentdən İsmail Ömər Gellehə MƏKTUB

Prezidentdən İsmail Ömər Gellehə MƏKTUB

End of content

No more pages to load

RADİO