Xəbər verildiyi kimi C.Cabbarlı adına Kinostudiyanın həyətində partlayış baş verib. Məlumata görə, film çəkilişi üçün istifadə olunan protexnik vasitələr partlayıb.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Ətraflı məlumat veriləcək.
Bizim.Media