Kürdəmirdə usta iş yerində dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində yerləşən avtomobil təmiri sexində qeydə alınıb. Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Ağasəf Ağazər oğlu Cəbrayılov avtomobil təmiri sexində işləyərkən halı pisləşib və elə iş yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Onun meyidi ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu