Gəncədə evdə kişi meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə 1981-ci il təvəllüdlü Vüqar Nəbilinin cansız bədəni yaşadığı evdə tapılıb. Hələlik 44 yaşlı kişinin ölüm səbəbi məlum deyil.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu