Kürdəmirdə avtomobil aşıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Mercedes markalı avtomobilin sürücüsü Nahid Hafiz oğlu Abdullayev Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.
Hadisə yerinə Kürdəmir rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları cəlb olunub.
Hazırda fakt araşdırılır.
Bizim Media, Aran bürosu