26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Bizim.Media-ya verilən məlumata görə, Nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib.
Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub.
Bizim.Media