Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə parad keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü baş tutub.
Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşıb.
Şəhər sakinləri hərbi yürüşü maraqla izləyiblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu