Qusar rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ümumrayon tədbiri təşkil olunub.
Qusar rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbir Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsinin ziyarəti ilə başlayıb.
Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və kollektivləri, ictimaiyyət nümayəndələri ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları Qusar Rayon Heydər Əliyev Mərkəzində keçirilən rəsmi mərasimə qatılıblar. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov silahlı qüvvələrin formalaşmasında və Azərbaycanın hərbi qələbələrində şəhidlərimizin və qazilərimizin müstəsna rolunu xüsusi vurğulayıb. Sonda çıxış edən Vətən müharibəsi qazisi Volodya Maverdiyev döyüş xatirələrindən danışıb.
Sonda Azərbaycan Silahlı Qüvvələrinin yaranması, keçdiyi inkişaf yolu, Vətən müharibəsində qazanılan şanlı qələbəni əks etdirən film nümayiş etdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.