Bir qrup Konqo Demokratik Respublikası vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İran İslam Respublikasında tələbə olan 12 nəfər Konqo Demokratik Respublikası vətəndaşı Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən Azərbaycana təxliyə olunub.
Konqolu tələbələr dövlət sərhədində onlara göstərilən diqqətə görə Azərbaycan dövlətinə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, hazırda da Astara dövlət sərhədində əcnəbilərin təxliyəsi davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu.