Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, 13 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlər arasında azyaşlıların da olduğu bildirilir.
Zəhərlənən şəxslərlər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova, 1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cü il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-ci il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.
Hazırda onlara xəstəxanada yardım edilir.
Bizim.Media