Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izlədilər – FOTO

İyunun 25-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.

Bizim.Media xəbər verir ki, infoturda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, bir sıra media qurumlarının rəhbərləri və influenserlər iştirak ediblər.
 

İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesi ilə tanış olub, gedişatı izləyiblər.


Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı infotur iştirakçılarına sertifikatlaşdırma prosesi barədə məlumat verilib, sertifikatlaşdırma ilə müəllimlərə özünüqiymətləndirmə və peşəkar inkişaf, fəaliyyətlərinə daha məsuliyyətli yanaşma və şəxsi inkişafın formalaşdırması üçün əhəmiyyətli imkan yaradıldığı qeyd edilib.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev görüş zamanı bildirib ki, məqsəd hər bir müəllimin tədrisə tam yararlı olması, keyfiyyətə zəmanət sisteminin formalaşdırılması və ən əsası şagirdlərə savadlı müəllimlər tərəfindən təhsil verilməsidir.

Görüşdə qeyd edilib ki, sertifikatlaşdırma müəllimləri davamlı inkişaf üçün stimullaşdırır. İmtahanda iştirak müəllimləri öz üzərlərində işləməyə, bilik və bacarıqlarını təkmilləşdirməyə və nəticələrini yaxşılaşdırmağa təşviq edir. Bu, təhsilin keyfiyyətinə bilavasitə təsir göstərir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev də öz növbəsində sertifikatlaşdırma prosesinin yaxından izlənilməsi üçün ictimaiyyət nümayəndələrinin dəvət olunmasını təhsil sistemində etimad mühitinin formalaşması üçün mühüm addım kimi qiymətləndirib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli görüş iştirakçılarına imtahanların təşkili barədə ətraflı məlumat verib. Qeyd edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsi olan müsahibə zamanı yalnız ixtisas və metodiki biliklər deyil, tədris prosesini planlaşdırma və idarəetmə bacarıqları da qiymətləndirilir. Bu mərhələ müəllimin real dərs mühiti üçün hazırlıq səviyyəsini ortaya qoyur.
 

Görüşdə sertifikatlaşdırma prosesinin pedaqoji fakültələr üçün əmək bazarının real tələblərinə uyğun müəllim hazırlığına yenidən baxmağa şərait yaratdığı və təlim proqramlarının təkmilləşdirilməsinə əsas verdiyi də diqqətə çatdırılıb.


“Dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı media qurumlarının rəhbərlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda 12 adda 305 ədəd saxta alkoqollu içki satışdan ÇIXARILDI - FOTO

Naxçıvanda 12 adda 305 ədəd saxta alkoqollu içki satışdan ÇIXARILDI - FOTO

Dilarənin qardaşından səhhəti ilə bağlı AÇIQLAMA

Dilarənin qardaşından səhhəti ilə bağlı AÇIQLAMA

Azərbaycanda Məhərrəm ayı BAŞLADI

Azərbaycanda Məhərrəm ayı BAŞLADI

“Neftçi” yeni mövsümün hazırlığına başladı - FOTO

“Neftçi” yeni mövsümün hazırlığına başladı - FOTO

Bir ay hər gün LİMONLU SU içsəniz nə olar?

Bir ay hər gün LİMONLU SU içsəniz nə olar?

Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

26 İyun - Silahlı Qüvvələr Günüdür

26 İyun - Silahlı Qüvvələr Günüdür

Putin BRİKS sammitində iştirak etməyəcək - SƏBƏB

Putin BRİKS sammitində iştirak etməyəcək - SƏBƏB

ABŞ-da yaşayan azərbaycanlı hokkeyçi Bakıya GƏLİR

ABŞ-da yaşayan azərbaycanlı hokkeyçi Bakıya GƏLİR

DGK-nın rüşvət almaqda ittiham edilən sabiq baş inspektoru ilə bağlı QƏRAR

DGK-nın rüşvət almaqda ittiham edilən sabiq baş inspektoru ilə bağlı QƏRAR

Sertifikasiya imtahanında neqativ hallar olub - 7 müəllimin nəticəsi LƏĞV EDİLƏCƏK

Sertifikasiya imtahanında neqativ hallar olub - 7 müəllimin nəticəsi LƏĞV EDİLƏCƏK

ABŞ və İran BU TARİXDƏ danışıqlar aparacaq

ABŞ və İran BU TARİXDƏ danışıqlar aparacaq

“Qarabağ”ın Ağdam səfəri - FOTO

“Qarabağ”ın Ağdam səfəri - FOTO

Nazim Elarizlə əlbəyaxa davasından DANIŞDI - VİDEO

Nazim Elarizlə əlbəyaxa davasından DANIŞDI - VİDEO

DİQQƏT: Dünya xaosa qərq olacaq, 5 milyard insan öləcək

DİQQƏT: Dünya xaosa qərq olacaq, 5 milyard insan öləcək

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - Sensasion ƏMƏLİYYAT/VİDEO

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - Sensasion ƏMƏLİYYAT/VİDEO

ADNSU-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi - FOTO

ADNSU-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi - FOTO

Tovuzda zəhərlənənlərin sayı 28-ə ÇATDI - YENİLƏNİB

Tovuzda zəhərlənənlərin sayı 28-ə ÇATDI - YENİLƏNİB

İsrailin xeyrinə casusluqda ittiham olunanlar EDAM EDİLDİ

İsrailin xeyrinə casusluqda ittiham olunanlar EDAM EDİLDİ

“Karvan”da növbəti AYRILIQ

“Karvan”da növbəti AYRILIQ

Nura kiçik oğlunun Məzun Günündə - VİDEO

Nura kiçik oğlunun Məzun Günündə - VİDEO

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO

Olimp Hospital və “Şamaxı” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO

Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə AĞIR CƏZA

Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə AĞIR CƏZA

End of content

No more pages to load

RADİO