İsmayıllıda velosipedçinin vurduğu piyada dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə iyunun 11-də İsmayıllı şəhərində baş verib.
Şəhər sakini Soltan Şəmsəddinov velosipedlə İkinci Yeniyol kənd sakini 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.
Başından xəsarət alan S.Eyyubov yerləşdiyi xəstəxanada dünən ölüb. Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu