Gəncədə ağır qəzada xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gülüstan qəsəbəsində, Göygöl rayonu istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Ford Fusion” markalı avtomobilin toqquşması zamanı “Ford Fusion” markalı avtomobilin sürücüsü, 1999-cü il təvəllüldü R.Qasımov, VAZ 2106-nın sürücüsü V.Məmmədov, sərnişinləri - 1967-ci il təvəllüdlü R.Əhmədova, 1991-ci il təvəllüdlü Z.Heydərov və 1985-ci il təvəllüdlü M.Eyyubova xəstəxanaya yerləşdiriliblər.
İlkin versiyaya görə, “VAZ”da olan sərnişinlər Şəmkir rayonu Sabirkənd kənd sakinləri olan müəllimlərdir və onlar Gəncə şəhərinə sertifikasiya imtahanında iştirak etmək üçün gəliblərmiş.
Faktla bağlı araşdırma aparılır.
15:07
Gəncədə xəsarətlə nəticələnən ağır qol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində Göygöl istiqamətinə hərəkətdə olan VAZ 2106 markalı minik maşını ilə “Ford FUSİON” markalı avtomobilin toqquşması zamanı 5 nəfərin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırıldığı bildirlir.
Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu