Abituriyentlərin NƏZƏRİNƏ: İyulun 6-da...

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.

III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 13-də keçiriləcək və həmin imtahan üçün “İmtahana buraxılış vərəqəsi” növbəti həftəsonu saytımıza yerləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə AĞIR CƏZA

Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə AĞIR CƏZA

Tramp müdafiə naziri vəzifəsinin adını dəyişməyi TƏKLİF ETDİ - VİDEO

Tramp müdafiə naziri vəzifəsinin adını dəyişməyi TƏKLİF ETDİ - VİDEO

Tovuzda zəhərlənmə baş verən dönərxana BAĞLANDI

Tovuzda zəhərlənmə baş verən dönərxana BAĞLANDI

İsrailin hücumları nəticəsində İranın daha bir generalı ÖLDÜRÜLDÜ

İsrailin hücumları nəticəsində İranın daha bir generalı ÖLDÜRÜLDÜ

Ağdərədə ilk körpə dünyaya gəldi

Ağdərədə ilk körpə dünyaya gəldi

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında - FOTO

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında - FOTO

“Antalyaspor” Emre Belözoğlunu istefaya GÖNDƏRDİ

“Antalyaspor” Emre Belözoğlunu istefaya GÖNDƏRDİ

Bir ailədə iki general…

Bir ailədə iki general…

Mənzurə evlərinin sayını AÇIQLADI - VİDEO

Mənzurə evlərinin sayını AÇIQLADI - VİDEO

Qusarda Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri KEÇİRİLDİ - FOTO

Qusarda Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri KEÇİRİLDİ - FOTO

Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Tramp MÜQAYİSƏ ETDİ: “Putin daha mürəkkəb insandır” - VİDEO

Tramp MÜQAYİSƏ ETDİ: “Putin daha mürəkkəb insandır” - VİDEO

“Karvan” Fransadan qapıçı TRANSFER ETDİ

“Karvan” Fransadan qapıçı TRANSFER ETDİ

Arzuları nəhayət gerçəkləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?

Arzuları nəhayət gerçəkləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?

Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

“Neftçi” paraqvaylı futbolçu ilə razılığa gəldi

“Neftçi” paraqvaylı futbolçu ilə razılığa gəldi

12 nəfər Konqo vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU - FOTO

12 nəfər Konqo vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU - FOTO

Azərbaycanda kütləvi zəhərlənmə oldu - 6-sı uşaqdır

Azərbaycanda kütləvi zəhərlənmə oldu - 6-sı uşaqdır

Mirələm oğullarına TOY EDİR - VİDEO

Mirələm oğullarına TOY EDİR - VİDEO

COP31-ə Türkiyənin namizədliyi İRƏLİ SÜRÜLDÜ

COP31-ə Türkiyənin namizədliyi İRƏLİ SÜRÜLDÜ

Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri KEÇİRİLƏCƏK - FOTO

Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri KEÇİRİLƏCƏK - FOTO

Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb - FOTO

Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb - FOTO

End of content

No more pages to load

RADİO