Yeniyetmələrin susqun hayqırtısı - Valideyn laqeydliyi uşaqları hara aparır?

“Son illərdə ölkəmizdə və dünyada müşahidə olunan narahatedici tendensiyalardan biri də yeniyetmələrin evdən qaçması hallarının artmasıdır. Müşahidələr və araşdırmalar göstərir ki, bu yeniyetmələrin əksəriyyəti evdə psixoloji təzyiq, fiziki cəza, zorakı nəzarət və emosional basqılarla üzləşdiklərini bildirirlər. Bu isə cəmiyyət və ailə strukturu üçün ciddi xəbərdarlıq siqnalıdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O, qeyd edib ki, yeniyetməlik psixoloji və bioloji baxımdan insan həyatının ən mürəkkəb dövrlərindən biridir.

“Bu dövrdə fərd həm özünü kəşf etməyə, həm də müstəqilliyini qazanmağa çalışır. Bədənində və beyin fəaliyyətindəki dəyişikliklər emosional həssaslıq, impulsiv qərarlar, həddən artıq reaksiya vermə meyilləri ilə müşayiət olunur. Yeniyetmə artıq “uşaq” deyil, amma tam formalaşmış “böyüklük” statusu da qazanmamış olur. Ona görə də bir çox valideyn, yeniyetmənin dəyişən davranışlarına “nizam-intizam” gətirmək üçün sərt üsullara qışqırmaq, fiziki və ya psixoloji təzyiq göstərmək, müqayisələr aparmaq (“filankəsin uşağı belə eləmir”), ya da ümumiyyətlə onu görməzdən gəlmək kimi yanlış yollara əl atır. Halbuki bu dövrdə yeniyetmənin ehtiyacı olduğu əsas şey anlaşılmaq, dinlənilmək və şəfqətlə idarə olunmaqdır. Ailə daxilindəki zorakı ünsiyyət, avtoritar tərbiyə üslubu, şəxsi sərhədlərin tapdanması, “mən səni yaxşı bilirəm” münasibəti və ailə daxilində emosional istiliyin olmaması yeniyetmədə tək çıxış yolunun evdən uzaqlaşmaq olduğu düşüncəsini formalaşdıra bilər. Təəssüf ki, bu qərar onu çox zaman daha təhlükəli mühitlərlə istismar, sui-istifadə və qeyri-sağlam qruplarla üz-üzə qoyur”.
 

Psixoloqun sözlərinə görə, valideynlər yeniyetmə övladları öz fikrini, hissini bölüşdükdə onu dərhal düzəltməyə və ya danlamağa çalışmaqdansa, sadəcə dinləməyə çalışmalıdır. Bu, etibar körpüsünü gücləndirir.



“Valideyn yeniyetmə övladı ilə hisslər haqqında danışmağı vərdiş halına gətirməlidir. “Sən niyə belə etdin?” sualı əvəzinə, “Maraqlıdır, sən bunu niyə seçdin?” deyə soruşmalıdır. Qayda və sərhədlər yeniyetmə üçün vacibdir, lakin bu qaydaların “niyəsi” izah edilməlidir. Avtoritar deyil, demokratik yanaşma önəmlidir. Xüsusən valideynlərin öz emosiyalarını necə idarə etdiyini, qarşıdurmaları necə həll etdiyi yeniyetmə üçün model təşkil edir. Ona görə də bu istiqamətdə valideynkər yaxşı rol model olmalıdırlar.  Valideynlər eyni zamanda  yeniyetmə övladlarının dost çevrəsi, sosial media davranışları və maraqları haqqında məlumatlı olmalı, amma casus kimi deyil, maraqlı müşahidəçi kimi çıxış etməlidirlər. Əgər yeniyetmə övladla ailədaxili münasibətlərdə gərginlik uzun müddət davam edirsə, mütəxəssis psixoloqdan dəstək almaq həm valideyn, həm də övlad üçün faydalıdır.

Əslində yeniyetmənin evdən qaçması bir “qərar”dan daha çox bir “hayqırtıdır”,  “Məni gör, məni dinlə!” çağırışıdır. Valideynin bu çağırışı vaxtında eşitməsi, emosional zərər əvəzinə etibar və qarşılıqlı inamla dolu bir gələcəyin əsasını qoya bilər”,- deyə psixoloq vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Teymur Rəcəbov Moskvadakı turnirdə iştirak edəcək

Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə AĞIR CƏZA

Yeniyetmə qızı aldadıb videolarını yayan kişiyə AĞIR CƏZA

Tramp müdafiə naziri vəzifəsinin adını dəyişməyi TƏKLİF ETDİ - VİDEO

Tramp müdafiə naziri vəzifəsinin adını dəyişməyi TƏKLİF ETDİ - VİDEO

Tovuzda zəhərlənmə baş verən dönərxana BAĞLANDI

Tovuzda zəhərlənmə baş verən dönərxana BAĞLANDI

İsrailin hücumları nəticəsində İranın daha bir generalı ÖLDÜRÜLDÜ

İsrailin hücumları nəticəsində İranın daha bir generalı ÖLDÜRÜLDÜ

Ağdərədə ilk körpə dünyaya gəldi

Ağdərədə ilk körpə dünyaya gəldi

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında - FOTO

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında - FOTO

“Antalyaspor” Emre Belözoğlunu istefaya GÖNDƏRDİ

“Antalyaspor” Emre Belözoğlunu istefaya GÖNDƏRDİ

Bir ailədə iki general…

Bir ailədə iki general…

Mənzurə evlərinin sayını AÇIQLADI - VİDEO

Mənzurə evlərinin sayını AÇIQLADI - VİDEO

Qusarda Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri KEÇİRİLDİ - FOTO

Qusarda Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri KEÇİRİLDİ - FOTO

Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Prezidentin ali rütbə verdiyi Mürsəl İbrahimov kimdir? - DOSYE

Tramp MÜQAYİSƏ ETDİ: “Putin daha mürəkkəb insandır” - VİDEO

Tramp MÜQAYİSƏ ETDİ: “Putin daha mürəkkəb insandır” - VİDEO

“Karvan” Fransadan qapıçı TRANSFER ETDİ

“Karvan” Fransadan qapıçı TRANSFER ETDİ

Arzuları nəhayət gerçəkləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?

Arzuları nəhayət gerçəkləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?

Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

“Neftçi” paraqvaylı futbolçu ilə razılığa gəldi

“Neftçi” paraqvaylı futbolçu ilə razılığa gəldi

12 nəfər Konqo vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU - FOTO

12 nəfər Konqo vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU - FOTO

Azərbaycanda kütləvi zəhərlənmə oldu - 6-sı uşaqdır

Azərbaycanda kütləvi zəhərlənmə oldu - 6-sı uşaqdır

Mirələm oğullarına TOY EDİR - VİDEO

Mirələm oğullarına TOY EDİR - VİDEO

COP31-ə Türkiyənin namizədliyi İRƏLİ SÜRÜLDÜ

COP31-ə Türkiyənin namizədliyi İRƏLİ SÜRÜLDÜ

Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri KEÇİRİLƏCƏK - FOTO

Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri KEÇİRİLƏCƏK - FOTO

Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Azər Qasımlının vəsatəti TƏMİN EDİLMƏDİ

Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb - FOTO

Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb - FOTO

End of content

No more pages to load

RADİO