BİZİM TƏQVİM:26 iyunda baş vermiş tarixi hadisələr

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılmasına başlanıldı. Avqustun 1-də cümhuriyyətin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunub.

Bəs, iyunun 26-da dünyada daha hansı hadisələr baş verib?

1. 1819-cu ilin 26 iyununda alman baron Karl fon Drais (Karl Freiherr von Drais, 1785-1851) ixtira etdiyi velosipedin patentini aldı.

2. 1905-ci ilin bu günü “Potyomkin” zirehli gəmisində üsyan başladı. Üsyan yatırıldıqdan sonra gəminin matroslarının bir hissəsi Azərbaycana göndərildi və Zaqataladakı köhnə qalada həbsdə saxlanıldı.  “Azərbaycanfilm” kinostudiyası onların taleyinin bir qismini “Yenilməz batalyon” filmində əks etdirib.

3. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikasının qərarı ilə ölkədə məhkəmə və məktəb sistemləri milliləşdirildi.  

4. Vərəmin peyvəndi 1924-cü ilin 26 iyun tarixində fransız alimləri Albert Kalmet və Kamili Qurin tərəfindən yaradıldı.

5. 1928-ci ildə Türkiyədə Yeni Türk əlifbasını hazırlamaq məqsədilə yaradılan Dil Əncüməni ilk toplantısını iyunun 26-da paytaxt Ankarada etdi.

6. İlk dəfə faşist Almaniyasında istifadə edilən "Focke-Wulf Fw 61” vertolyotunun ilk uçuşu 1936-cı il 26 iyunda həyata keçirildi.

7. 26 iyun 1945-ci ildə Türkiyə nümayəndə heyəti BMT və Daimi Beynəlxalq Ədalət Divanı Statusu müqavilələrini imzaladı.

8. 26 iyun Madaqaskar xalqının milli bayramı – İstiqlaliyyət günüdür. Afrikanın bu ada ölkəsi 1960-cı ilə müstəqillik qazanıb. Həmin vaxta qədər isə Fransanın protektoratı olub.  

9. BMT Baş Assambleyasının 1987-ci il 7 dekabr tarixli qətnaməsi ilə iyunun 26-sı “Narkotik maddələrin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə hallarına qarşı mübarizə günü” elan edilib.

26 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın tanınmış hərbi xadimi, artilleriya generalı Hüseyn Rəsulbəyov 1917-ci ilin bu günü dünyaya gəlib. O, Sankt-Peterburq Elektrotexniki Rabitə İnstitutu və Moskva Hərbi Artilleriya Akademiyasını bitirib. İkinci Dünya Müharibəsində hava hücumundan müdafiə qoşunları tərkibində briqada, diviziya qərargahında müxtəlif vəzifələrdə çalışıb, Odessa, Kerç və Sevarsopolun müdafiəsi və Şimali Qafqaz uğrunda döyüşlərdə iştirak edib. İstefaya çıxandan sonra Hüseyn Rəsulbəyov ömrünün sonunadək Azərbaycan respublikasının rabitə naziri işləyib (1917-1988).

2. 26 iyun 1922-ci ildə Əməkdar memar Şəfiqə Zeynalova (1922-1979) anadan olub.

3. 26 iyun 1929-cu ildə Əməkdar elm xadimi, həkim-yazıçı Nurəddin Rzayev (1929 – 17.10.2011) Gədəbəy rayonunda doğulub. Türkologiya, tarix, ədəbiyyat və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.

4. 26 iyun 1939-cu ildə musiqişünas alim, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov (1939 – 28.3.2019) Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Türkiyədə Qaziantep Atatürk Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında çalışıb.

5. 26 iyun 1945-ci ildə Əməkdar incəsənət xadimi, kinooperator Valeri Kərimov (1945 – 9.3.1998) Bakıda doğulub. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Çəkdiyi filmlər: “Alma almaya bənzər”,  “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Sizi dünyalar qədər sevirdim” və s.

6. 26 iyun 1946-cı ildə Əməkdar artist Əli Salahlı (Salayev; 1946-2005) Masallı rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən vətəndaşlara MÜRACİƏT – VİDEO

DİN-dən vətəndaşlara MÜRACİƏT – VİDEO

Xamenei: “Tramp İranın nüvə obyektlərinə vurulan ziyanı şişirdir”

Xamenei: “Tramp İranın nüvə obyektlərinə vurulan ziyanı şişirdir”

Ərdoğan: “Türkiyə haqsız yerə F-35 proqramından kənarlaşdırılıb”

Ərdoğan: “Türkiyə haqsız yerə F-35 proqramından kənarlaşdırılıb”

İran hakerləri ABŞ-ın kritik infrastrukturuna hücum etdi

İran hakerləri ABŞ-ın kritik infrastrukturuna hücum etdi

Bayram tətilinin ikinci günü də hava mülayim olacaq

Bayram tətilinin ikinci günü də hava mülayim olacaq

Azərbaycanda 5 nəfər 60 kiloqram narkotiklə tutuldu - ANBAAN VİDEO

Azərbaycanda 5 nəfər 60 kiloqram narkotiklə tutuldu - ANBAAN VİDEO

Həddindən artıq şəkər istehlakı insanda hansı problemlər yaradır? – Professordan AÇIQLAMA

Həddindən artıq şəkər istehlakı insanda hansı problemlər yaradır? – Professordan AÇIQLAMA

Qəzada dünyasını dəyişən hərbi qulluqçumuz dəfn olundu – FOTO

Qəzada dünyasını dəyişən hərbi qulluqçumuz dəfn olundu – FOTO

Yeni Ceyms Bond qadın ola bilər

Yeni Ceyms Bond qadın ola bilər

Bakıda yeni söküntü dalğası: Kompensasiya nə qədərdir və sakinlər nədən narazıdırlar?

Bakıda yeni söküntü dalğası: Kompensasiya nə qədərdir və sakinlər nədən narazıdırlar?

Əli Xamenei İran xalqını TƏBRİK ETDİ - FOTO

Əli Xamenei İran xalqını TƏBRİK ETDİ - FOTO

Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO

Qəbələdə ümumrespublika birinciliyinin final mərhələsi keçirilir – FOTO

Kərim Vəliyev Türkiyəyə GETDİ

Kərim Vəliyev Türkiyəyə GETDİ

Rusiya Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdü

Yaponiyalı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Yaponiyalı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Dünyanın ən çətin dillərindən biri məktəblərdə TƏDRİS OLUNACAQ – Şagirdlər buna HAZIRDIR?

Dünyanın ən çətin dillərindən biri məktəblərdə TƏDRİS OLUNACAQ – Şagirdlər buna HAZIRDIR?

ABŞ səfirliyinə bu vizalar üçün müraciət edənlərə YENİ TƏLƏB

ABŞ səfirliyinə bu vizalar üçün müraciət edənlərə YENİ TƏLƏB

Bakıda və Abşeronda külək GÜCLƏNƏCƏK

Bakıda və Abşeronda külək GÜCLƏNƏCƏK

İranda İsraillə əməkdaşlıq edən 26 nəfər HƏBS EDİLDİ

İranda İsraillə əməkdaşlıq edən 26 nəfər HƏBS EDİLDİ

Xankəndidə yürüşü izləyənlər öz sevinclərini belə bölüşdülər - VİDEO

Xankəndidə yürüşü izləyənlər öz sevinclərini belə bölüşdülər - VİDEO

MLS-də ən çox maaş alan 10 futbolçu - SİYAHI

MLS-də ən çox maaş alan 10 futbolçu - SİYAHI

“Biz xoşbəxt bir xalqıq ki, möhtəşəm zəfərə imza atmışıq”

“Biz xoşbəxt bir xalqıq ki, möhtəşəm zəfərə imza atmışıq”

İsrailə casusluq edən şəxs Tehran metrosunda TUTULDU – VİDEO

İsrailə casusluq edən şəxs Tehran metrosunda TUTULDU – VİDEO

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana TƏBRİK – FOTO

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana TƏBRİK – FOTO

End of content

No more pages to load

RADİO