Cümə axşamının SİRRİ – Niyə aynaların üstü ÖRTÜLÜR?

İslam dinində Cümə gününün öz çəkisi var. Cümə – günlərin ən vacibi və müqəddəsi sayılır. Dini rəvayətlərə görə, Adəmin yer üzünə endiyi gündür. Qiyamət günü də məhz həmin gün olacaq.  (Qurani-Kərimdə Cümə surəsi 9-cu ayə ilə vurğulanır).

Cümə gününün ibadəti də müsəlmanın zirehi sayılır. Yəni məhz Cümə günündə ibadət və dua edən şəxs bir həftə boyunca bolluq və bərəkət içində yaşar, hər cümə bu təkrarlandıqca ömür boyu firavan bir həyat yaşamış olar. Xüsusən də Cümə günündə  elə bir  saat var ki, müsəlmanın namaz qılarkən duaları qəbul olunur. Cümə içindəki dua və diləklərin qəbul edildiyi an Ramazandakı Qədr gecəsi kimidir.
 

Yeri gəlmişkən, “Cümə” sözü ərəb dilində “toplanma”, “cəm” mənasını verir. Bu müqəddəs gündə məscidlərə toplaşaraq, cəm halında namaz qılırlar.


Cümə günü yuyunub, ətirlənmək, həmçinin evdə təmizlik etmək, təmiz (mümkünsə təzə) paltarlar geyinmək və gülərüzlü, ünsiyyətcil, xeyir-dualı olmaq vacib buyurulub. Cümə gününün savabı başqa günlərdən daha çox olduğu üçün həmin gün uşaq və yaşlılar sevindirməli, xəstələrə baş çəkməli və dünyasını dəyişmiş insanlar yad edilib, məzarı ziyarət olunmalıdır. Bax bu son cümləni qabartmaq lazımdır...

Madam ki, rəhmət oxunacaq gün üçün Cümə ən münasibidirsə, o zaman müsəlmanlar niyə məhz Cümə axşamını (4-cü gün) seçirlər?

Cümə axşamının İslam dini ilə əlaqəsi varmı?

İlahiyyatçılar bildirir ki, cümə axşamı, yəni cümə günündən əvvəlki gecə sırf ertəsi gün müqəddəs sayıldığı üçün ibadətə hazırlıq mərhələsi kimi qəbul edilir. Amma günün əvvəlində ölən yaxınların xatirəsinin yad edilməsi əslində doğru deyil. İslam dinində rəsmi olaraq cümə axşamı müqəddəs gün kimi qeyd olunmur. Sadəcə bəzi bölgələrdə və yerli inanclarda dördüncü günlə bağlı inanclar formalaşıb. Həmçinin sufi ənənələrinin də rolu burda danılmazdır. Çünki sufizmdə 4-lük müqəddəs sayılır. Sufilər arasında bəzi günlərin mənəvi enerjisi olduğuna inanılır.

Bundan başqa, İslam öncəsi türk mifologiyası və şaman inanclarında da həftənin bəzi günlərinə xüsusi məna verilirdi. Bu inanclar sonradan İslam adətləri ilə qarışaraq “müqəddəs günlər” kimi qəbul olunmağa başlayıb. Bəzi bölgələrdə indi də Adna axşamı deyilir ki, qədim dövrlərdə "ayna günü" də adlandırılırmış. Xalq inanclarına görə, ölülərin ruhları Adna günlərində öz evlərinə ziyarətə gəlirlər. Həmin gün aynaların üstü örtülür ki, şər ruhlar da doğma ruhlara qarışıb evə girməsin.

Ümumiyyətlə xristianlıqda da Bütün Müqəddəslər Günü – 1 noyabrdan öncəki gün, yəni 31 oktyabr (Halloven) şər qüvvələrlə mübarizə günü sayılır. Müqəddəs gündən öncə şər boğulur ki, ertəsi gün insanların ibadətinə müdaxilə etməsin.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda daha bir din xadimi barəsində cinayət işi açıldı

Ermənistanda daha bir din xadimi barəsində cinayət işi açıldı

AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO

AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO

“Azərreyl” millimizin üzvünü transfer etdi

“Azərreyl” millimizin üzvünü transfer etdi

Polis Bakıda əməliyyat keçirdi: Ata və oğul TUTULDU - FOTO

Polis Bakıda əməliyyat keçirdi: Ata və oğul TUTULDU - FOTO

İranın raket hücumları İsrailə 3 milyard dollar zərər vurub?

İranın raket hücumları İsrailə 3 milyard dollar zərər vurub?

Çağırışçıların nəzərinə! - Xidmət yerləri açıqlandı

Çağırışçıların nəzərinə! - Xidmət yerləri açıqlandı

Emin Ağalarov yeni obyekt açdı - VİDEO

Emin Ağalarov yeni obyekt açdı - VİDEO

Pakistan ABŞ-ın ərazisinə çata biləcək kontinentlərarası raket hazırlayır

Pakistan ABŞ-ın ərazisinə çata biləcək kontinentlərarası raket hazırlayır

İsrail ərəb ölkələrinə sığınmaq istəyir

İsrail ərəb ölkələrinə sığınmaq istəyir

Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaradacaq

Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaradacaq

Vəfa Şərifova dayısına 2 ferma tikdirdi

Vəfa Şərifova dayısına 2 ferma tikdirdi

Zaxarova Azərbaycana təşəkkür etdi

Zaxarova Azərbaycana təşəkkür etdi

İsrail Ordusunun rəsmisi İrana qarşı hərbi əməliyyatın GİZLİ DETALLARINI açıqladı

İsrail Ordusunun rəsmisi İrana qarşı hərbi əməliyyatın GİZLİ DETALLARINI açıqladı

Prezidentin xüsusi nümayəndəsindən İrəvana ÇAĞIRIŞ

Prezidentin xüsusi nümayəndəsindən İrəvana ÇAĞIRIŞ

Müjgan Ayxan: "Ərə getmədən ana olmaq istəyirəm"

Müjgan Ayxan: "Ərə getmədən ana olmaq istəyirəm"

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Kofe içmək xərçəng yaradır?

Kofe içmək xərçəng yaradır?

Dima Bilanın səsi tutuldu

Dima Bilanın səsi tutuldu

Klublararası dünya çempionatında DAVA DÜŞDÜ – ANBAAN VİDEO

Klublararası dünya çempionatında DAVA DÜŞDÜ – ANBAAN VİDEO

Çimərliklərdə hava necə olacaq?

Çimərliklərdə hava necə olacaq?

Ərdoğan: “Putin Türkiyəyə gəlsə, Tramp da gələcək”

Ərdoğan: “Putin Türkiyəyə gəlsə, Tramp da gələcək”

Göyçayda “VAZ-2107” motosiklet sürücüsünü vuraraq öldürdü – FOTO/VİDEO

Göyçayda “VAZ-2107” motosiklet sürücüsünü vuraraq öldürdü – FOTO/VİDEO

Yay bolluğunda BAHALAŞMA - Qiymətlər niyə UCUZLAŞMIR?

Yay bolluğunda BAHALAŞMA - Qiymətlər niyə UCUZLAŞMIR?

İzmirdə meşə yanğını nəzarət altına alındı

İzmirdə meşə yanğını nəzarət altına alındı

End of content

No more pages to load

RADİO