Zelenski üç ildən sonra ilk dəfə rəsmi görüşə kostyumla qatıldı - VİDEO

2025-ci il iyunun 23-də Ukrayna Prezidenti Volodimir Zelenski son üç ildə ilk dəfə rəsmi görüşə klassik kostyumda qatılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Mənbə qeyd edir ki, Zelenski Böyük Britaniya səfəri çərçivəsində kral III Karl ilə Vindzor qəsrində baş tutan görüşə qara rəngli klassik kostyum və ayaqqabıda gəlib, lakin qalstuk taxmayıb.
 
Ukrayna lideri prezidentliyinin əvvəlindən bəri əsasən gündəlik və ya hərbi üslublu geyimlərə üstünlük verdiyi üçün bu addımı simvolik xarakter daşıyır.

Görüş zamanı kral III Karl isə boz kostyum, ağ köynək və açıq rəngli qalstuk geyinmişdi.
Görüşdən çəkilmiş fotoları “The Times” dərc edib.

Zelenski həmin gün – iyunun 23-də Böyük Britaniyaya çatarkən bəyan edib ki, tərəfdaşlarla Ukraynanın müdafiə strategiyalarını və Rusiyaya təzyiqlərin gücləndirilməsini müzakirə etməyi planlaşdırır. Onun səfəri həm ictimaiyyətin, həm də medianın böyük marağına səbəb olub və beynəlxalq ictimaiyyətin Ukraynaya davam edən dəstəyini bir daha gündəmə gətirib.

Xatırladaq ki, Zelenski daha əvvəl dəfələrlə Qərb liderləri ilə görüşlərdə hərbi və ya gündəlik geyimlərə üstünlük verib. Məsələn, 2025-ci ilin fevralında ABŞ-a səfəri zamanı o, milli geyim olan “vışivanka” və idman ayaqqabısı geyinmiş, köməkçisi Andrey Yermaka isə kostyum geyinməyi tapşırmışdı. Ukrayna prezidentinin bu tərzi dəfələrlə xarici siyasətçilər və media arasında müzakirə mövzusu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kremldən rusiyalı milyarder Karapetyanın Ermənistanda həbsinə REAKSİYA

Biləcəridə yeni satış mərhələsi başladı: Metroya yaxın, 2 otaq studiya mənzillər satışda - "Kristal!"

Türkiyədə arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi – HƏBS EDİLDİ

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Elşad Əzimov Beyləqana prokuror TƏYİN EDİLDİ

PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə BİLƏCƏK

Yəhudi deputat Qəzza müharibəsinə qarşı çıxdı: “Biz nə uğrunda döyüşürük?”

Tramp: "İrana endirdiyimiz zərbələr Xirosimaya atılan atom bombası kimidir"

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Gəncədə AĞIR QƏZA – 5 nəfər xəstəxanalıq OLDU – FOTO/VİDEO

Milli komandanın yeni baş məşqçisi AÇIQLANDI - RƏSMİ

Yeniyetmələrin susqun hayqırtısı - Valideyn laqeydliyi uşaqları hara aparır?

Xarkovda 19 yaşlı qız ukraynalı hərbçiləri partlatdı

Bakıda bu üç rayonda qəzalı binalar SÖKÜLƏCƏK

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

“Neftçi”yə keçəcəyi gözlənilən futbolçu “Sumqayıt”dan AYRILDI

Beren Saat Bakıya gəlib – FOTO

Beren Saat Bakıya gəlib – FOTO

Keşiş Baqrat Qalstanyanın saxlanılma anı – VİDEO

Azərbaycanda hansı yazıçı və şairlərin ev muzeylərinin təmirinə EHTİYAC var? – ARAŞDIRMA

Ölkəyə qızıl külçə keçirən gömrükçülər həbsdən buraxıldı

Maskdan sonra bu yeniyetmə də Ağ Evdəki vəzifəsindən getdi

ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - FOTO

Xaçmazda şəhidin qardaşının TOYU oldu – FOTO

Paşinyana qarşı çevriliş hazırlayanlar siyahısında keçmiş separatçılar da var - YENİ DETALLAR

End of content

No more pages to load

RADİO