Azərbaycandan İrana təyyarəsi ilə qaçan pilot geri qaytarıldı...

“1976-cı ildə Sovetlər Birliyi ilə İran arasında az qala müharibəyə səbəb olacaq hadisə baş verir. Azərbaycandan Amerika ilə münasibətləri çox yaxşı olan İrana (İranda şah rejimi 1979-cu ildə devrilib – red.) təyyarə ilə qaçış həyata keçirilir.

Kiçik An-2 təyyarəsi ilə Zabratdan Lənkəran şəhərinə sərnişin və poçt bağlamaları gətirən pilot Valentin Zasimov sentyabrın 23-də təyyarədə daha sərnişin olmadığı anı gözləyir və Xəzər dənizi üzərindən alçaq hündürlükdə uçaraq, Sovet-İran sərhədindən 50 kilometr cənubda yerləşən Əhər şəhərinə çatır”.

Bizim.Media “axar.az”a istinadən xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev araşdırma aparıb.

“İran polisləri onu həbs edən zaman o, Amerika Birləşmiş Ştatlarının Tehranda yerləşən səfirliyindən siyası sığınacaq istəyir. Əlbəttə, Amerika dərhal buna reaksiya verir və ona viza verməyə razı olur.

Zasimov siyasi sığınacaq istəməsinə səbəb isə hansısa intizam tənbehinə görə silahlı qüvvələrdən xaric edilməsini və rütbəsinin aşağı salınmasını göstərir.

Beynəlxalq aləmdə öz gücünü göstərmək və qaçağı nümayişkaranə şəkildə geri qaytarmaq üçün SSRİ İrana misli görünməmiş təzyiqlərə başlayır. Tehran Zasimovu təhvil verməkdən imtina etsə, Moskva pul və silahla İranda yerləşən kürd separatçılarına və İran müxalifətçilərinə dəstək verəcəyini bəyan edir.

Sovet-İran sərhədi qaynar nöqtəyə çevrilmək təhlükəsi ilə üzləşir:

SSRİ sərhəddə 180 min hərbçini - 19 motoatıcı, tank və hava desant diviziyasını, 4000-dən çox tankı, 500 qırıcısını və 150 strateji bombardmançı təyyarəsini hazır vəziyyətə gətirir.

Tehrana sərfəli olan 3 milyard dollarlıq müqavilə dayandırılır. İran təkcə SSRİ-dən idxal edilən sənaye avadanlıqlarını deyil, həm də metal və quru meyvə bazarını itirmək təhlükəsi ilə üzləşir.

Köhnə poçt təyyarəsi və pilot buna dəyərdimi?

İran rəhbərliyi milli təhlükəsizliyi riskə atmamaq qərarına gəlir və 1976-cı il oktyabrın 25-də Valentin Zasimovu ekstradisiya edir. Heç bir hərbi-siyasi sirr daşımayan pilot Amerikanı da maraqlandırmırdı.

Amerikanın Tehrandakı səfirliyi siyasi sığınacaq üçün heç bir müraciət almadıqlarını bildirir.
İranlılar bəzi reputasiya itkilərinə məruz qalsalar da, Sovet İttifaqı ilə münasibətlərini ciddi şəkildə möhkəmləndirirlər. İrana sovet traktorlarının, yüngül zirehli maşınların və “Strela-2” hava hücumundan müdafiə sisteminin tədarükünə dair yarım milyard dollarlıq müqavilə imzalanır, həmçinin təyyarə parkının yenilənməsi və iranlı mütəxəssislərin SSRİ-də hazırlanması barədə razılığa gəlirlər.

Geri qaytarılan Zosimovu ölüm cəzası gözləyirdi, lakin məhkəmə pilotun xidmətlərini və onun hərbçi yoldaşlarının izahatını nəzərə alır. Nəticədə Valentin Zasımov Cinayət Məcəlləsinin 64-cü maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilir.

O, 1985-ci ildə vaxtından üç il əvvəl azad edilir. Valentin Zasimov 1995-ci ildə vəfat edib”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda dövlət çevrilişi işi üzrə 14 nəfər saxlanılıb

Ermənistanda dövlət çevrilişi işi üzrə 14 nəfər saxlanılıb

Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO

Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO

Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Xamenei hara YOXA ÇIXIB?

Xamenei hara YOXA ÇIXIB?

Kremldən rusiyalı milyarder Karapetyanın Ermənistanda həbsinə REAKSİYA

Kremldən rusiyalı milyarder Karapetyanın Ermənistanda həbsinə REAKSİYA

Biləcəridə yeni satış mərhələsi başladı: Metroya yaxın, 2 otaq studiya mənzillər satışda - "Kristal!"

Biləcəridə yeni satış mərhələsi başladı: Metroya yaxın, 2 otaq studiya mənzillər satışda - "Kristal!"

Türkiyədə arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi – HƏBS EDİLDİ

Türkiyədə arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi – HƏBS EDİLDİ

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Elşad Əzimov Beyləqana prokuror TƏYİN EDİLDİ

Elşad Əzimov Beyləqana prokuror TƏYİN EDİLDİ

PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə BİLƏCƏK

PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə BİLƏCƏK

Yəhudi deputat Qəzza müharibəsinə qarşı çıxdı: “Biz nə uğrunda döyüşürük?”

Yəhudi deputat Qəzza müharibəsinə qarşı çıxdı: “Biz nə uğrunda döyüşürük?”

Tramp: "İrana endirdiyimiz zərbələr Xirosimaya atılan atom bombası kimidir"

Tramp: "İrana endirdiyimiz zərbələr Xirosimaya atılan atom bombası kimidir"

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Milli komandanın yeni baş məşqçisi AÇIQLANDI - RƏSMİ

Milli komandanın yeni baş məşqçisi AÇIQLANDI - RƏSMİ

Yeniyetmələrin susqun hayqırtısı - Valideyn laqeydliyi uşaqları hara aparır?

Yeniyetmələrin susqun hayqırtısı - Valideyn laqeydliyi uşaqları hara aparır?

Xarkovda 19 yaşlı qız ukraynalı hərbçiləri partlatdı

Xarkovda 19 yaşlı qız ukraynalı hərbçiləri partlatdı

Bakıda bu üç rayonda qəzalı binalar SÖKÜLƏCƏK

Bakıda bu üç rayonda qəzalı binalar SÖKÜLƏCƏK

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

“Neftçi”yə keçəcəyi gözlənilən futbolçu “Sumqayıt”dan AYRILDI

“Neftçi”yə keçəcəyi gözlənilən futbolçu “Sumqayıt”dan AYRILDI

Beren Saat Bakıya gəlib – FOTO

Beren Saat Bakıya gəlib – FOTO

Keşiş Baqrat Qalstanyanın saxlanılma anı – VİDEO

Keşiş Baqrat Qalstanyanın saxlanılma anı – VİDEO

Azərbaycanda hansı yazıçı və şairlərin ev muzeylərinin təmirinə EHTİYAC var? – ARAŞDIRMA

Azərbaycanda hansı yazıçı və şairlərin ev muzeylərinin təmirinə EHTİYAC var? – ARAŞDIRMA

Ölkəyə qızıl külçə keçirən gömrükçülər həbsdən buraxıldı

Ölkəyə qızıl külçə keçirən gömrükçülər həbsdən buraxıldı

Maskdan sonra bu yeniyetmə də Ağ Evdəki vəzifəsindən getdi

Maskdan sonra bu yeniyetmə də Ağ Evdəki vəzifəsindən getdi

End of content

No more pages to load

RADİO