Şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz qlükoz sensor cihazları təqdim olundu - FOTO

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən layihələr ardıcıl şəkildə davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu çərçivədə səhiyyə sahəsində xüsusi qayğıya ehtiyacı olan pasiyent qruplarına göstərilən diqqət və dəstək tədbirləri genişləndirilir.

Muxtar respublikada şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün qan qlükozasının fasiləsiz monitorinqini təmin edən müasir qlükoz sensor cihazları tamamilə ödənişsiz şəkildə təqdim olunub.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov sensorlarla təmin olunan uşaqlar və onların valideynləri ilə görüşüb.

Nazir bu tip müasir tibbi texnologiyaların istifadəsinin şəkərli diabetlə mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 

Qeyd olunub ki, bu cihazlar qanda şəkərin səviyyəsinin daim nəzarətdə saxlanmasına və insulin terapiyasının daha düzgün tənzimlənməsinə şərait yaradır. Bu təşəbbüs ölkə rəhbərliyinin uşaqların sağlamlığının qorunması və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsidir.


Görüşdə iştirak edən valideynlər göstərilən bu yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, uşaqların gündəlik həyatında mühüm dəyişiklik yaradacaq bu tibbi dəstəyi yüksək qiymətləndiriblər.

Daha sonra tibb işçilərinin iştirakı ilə uşaqlara sensorların quraşdırılması həyata keçirilib və cihazların istifadə qaydaları barədə valideynlərə ətraflı izahat verilib.

Bu atılan addım regionda uşaq endokrinoloji xidmətlərinin inkişafı, erkən diaqnostika və effektiv nəzarətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maskdan sonra bu yeniyetmə də Ağ Evdəki vəzifəsindən getdi

Maskdan sonra bu yeniyetmə də Ağ Evdəki vəzifəsindən getdi

ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - FOTO

ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - FOTO

Xaçmazda şəhid qardaşının TOYU oldu – FOTO

Xaçmazda şəhid qardaşının TOYU oldu – FOTO

Paşinyana qarşı çevriliş hazırlayanlar siyahısında keçmiş separatçılar da var - YENİ DETALLAR

Paşinyana qarşı çevriliş hazırlayanlar siyahısında keçmiş separatçılar da var - YENİ DETALLAR

Leyla və Arzu Əliyevalar "Yeni Klinika"da – FOTO

Leyla və Arzu Əliyevalar "Yeni Klinika"da – FOTO

Sosial yardımlarla bağlı ŞAD XƏBƏR

Sosial yardımlarla bağlı ŞAD XƏBƏR

Abituriyentlərin NƏZƏRİNƏ: İyulun 6-da...

Abituriyentlərin NƏZƏRİNƏ: İyulun 6-da...

Samara və Ulyanovsk hava limanlarının fəaliyyəti dayandırıldı

Samara və Ulyanovsk hava limanlarının fəaliyyəti dayandırıldı

Trampdan İrana qarşı təhqiramiz JEST

Trampdan İrana qarşı təhqiramiz JEST

İran parlamenti IAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini TƏSDİQLƏDİ

İran parlamenti IAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini TƏSDİQLƏDİ

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətlərinin təhqiqatı ilə bağlı YENİLİK

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətlərinin təhqiqatı ilə bağlı YENİLİK

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldi - FOTOLAR

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldi - FOTOLAR

“Kəpəz” bu legionerlərlə müqaviləni UZATDI

“Kəpəz” bu legionerlərlə müqaviləni UZATDI

Ermənistanın Qərbə xəyanəti İFŞA OLUNDU – Rusiya ilə gizli ticarət sxeminin SENSASİON DETALLARI

Ermənistanın Qərbə xəyanəti İFŞA OLUNDU – Rusiya ilə gizli ticarət sxeminin SENSASİON DETALLARI

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Bakıda qeyri-etik davranışa görə daha bir taksi sürücüsü SAXLANILDI - VİDEO

Bakıda qeyri-etik davranışa görə daha bir taksi sürücüsü SAXLANILDI - VİDEO

Rusiya məhkəməsi Allayarovla bağlı QƏRAR VERDİ

Rusiya məhkəməsi Allayarovla bağlı QƏRAR VERDİ

Tramp Zelenskinin real vəziyyətindən danışdı: “Çətin duruma düşüb”

Tramp Zelenskinin real vəziyyətindən danışdı: “Çətin duruma düşüb”

Dağıstanın dövlət katibi HƏBS OLUNDU

Dağıstanın dövlət katibi HƏBS OLUNDU

NATO-nun sammitində Ukraynanın taleyi həll olunacaq?

NATO-nun sammitində Ukraynanın taleyi həll olunacaq?

Bu il nə qədər abituriyent bəstəkar və dirijor olmaq istəyir? – Rəsmi AÇIQLAMA

Bu il nə qədər abituriyent bəstəkar və dirijor olmaq istəyir? – Rəsmi AÇIQLAMA

İranda generallar bu tarixdə dəfn olunacaq

İranda generallar bu tarixdə dəfn olunacaq

Bayram günlərinin havası AÇIQLANDI

Bayram günlərinin havası AÇIQLANDI

Xəyal Rzaya AĞIR İTKİ

Xəyal Rzaya AĞIR İTKİ

End of content

No more pages to load

RADİO