Azərbaycan-İran sərhədində havada radioaktiv çirklənmə qeydə alınmayıb - BİRGƏ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bəşəriyyət III Dünya Müharibəsinə SÜRÜKLƏNİR – İlk hədəf bu ölkə OLACAQ


Məlumatda deyilir ki, müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb:

"Ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət göstərir. Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə alınmayıb".

Qeyd olunub ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və radioekoloji tədqiqatlar həyata keçirilməkdədir.
 

İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri nəzərə alınaraq, ölkəmizin cənub sərhəd rayonları ərazisində havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji parametrlər üzrə ölçmə və analizlər aparılıb.


Nəticələr:

* Hava, torpaq, yağış və çay suyu nümunələrində Uran izotoplarının zənginləşdilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar edilməyib.

* Hava alfa və beta aktivlik dəyərləri normal fon daxilində müşahidə edilməyib.

* Avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə alınmayıb.

Qeyd edilib ki, aparılan müayinələrin nəticələri barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

Neymar Santosda QALACAQ

Neymar Santosda QALACAQ

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Ozobiç “Neftçi”dən niyə gedib?

Ozobiç “Neftçi”dən niyə gedib?

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

DİQQƏT: Üç rayonda qaz olmayacaq

DİQQƏT: Üç rayonda qaz olmayacaq

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

End of content

No more pages to load

RADİO