Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində, Hirkan meşə massivinə yaxın ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin nəqliyyat vasitəsi ciddi zədələnib.
Hazırda avtomobilin kanaldan çıxarılması üçün əraziyə xüsusi texnika cəlb olunub.
Sabutay, Bizim.Media