Qəbələnin bu kəndində sakinlər yolsuzluqdan əziyyət çəkir – FOTO

Qəbələnin bu kəndində sakinlər yolsuzluqdan əziyyət çəkir. Söhbət rayonun ucqar Quşlar kəndindən gedir. Sakinlərin əsas narahatlığına səbəb yollarının bərbad vəziyyətdə olmasıdır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quşlar kəndi rayon mərkəzindən 40 km-ə aralıda yerləşir. Sakinlər illərdir ki, gediş-gəlişdə əziyyət çəkir. Əlbəttə ki, ildə ayda yolu kəndə düşənlər də az olmur və onların da bir dəfə buranı ziyarət etməsi yetərli olur.

Kənd sakinlərinin sözlərinə görə, ucqarda yaşamaları bir problemdirsə yolsuzluq daha böyük və çətin məsələlərdən biridir. Xüsusən nəqliyyat vasitələrinin yollarda xarab olması onların maddi vəziyyətinə, ailə büdcəsinə xeyli təsir göstərir. Bu kəndə gediş-gəlişdə taksilərdən istifadə də sakinlər üçün ciddi problemə çevrilir. Belə ki, əvvəllər taksi sifariş vermək mümkün idisə son vaxtlar əsasən də yağışlı-qarlı, palçıqlı havalarda onlar bu vasitələrdən də məhrum olurlar. Belə ki, ya çox baha qiymət deyilir ya da bir bəhanə ilə gəlmirlər.

“Bu yollarla işə-gedib gəlirik. Şəxsi maşınım var. Ən azından ayda üç dəfə usta yanına getmək məcburiyyətində qalıram”- deyən kənd sakini İbrahim Əhmədov sözlərinə onu da əlavə edir ki, qazancının yarısını bəzən elə maşının təmirinə ödəyir.

Sakinlər ahıl və yaşlı insanların yaxud azyaşlıların xəstələndiyi dövrlərdə daha çox əziyyət çəkdiklərini dilə gətirir. Belə ki, kəndə təcili tibbi yardım çağırmaq bir xəstənin həyatı ilə oynamaq kimi təhlükəli bir iş olduğunu bildirirlər. Yox əgər xəstəni rayon mərkəzinə çatdırmaq lazım gələndə isə avtomobili sürətlə idarə etmək məcbudiyyətində qalırlar ki, bu da insan həyatı üçün risqləri artırır.

Sakinlərin sözlərinə görə, kənd yollarının təmir edilərək asfatlanacağına dair söz verilsə də elə vəd olaraq qalır. “Hələ ötən il dedilər ki, narahat olmayın, yollarınız plana salınıb və asfalt çəkiləcək”- deyən kənd sakini onu da əlavə edər ki, aylar -bir-birini əvəzləsə də ortada nə iş var nə də yol.

Yolsuzluqdan isə kənd sakinləri ciddi əziyyət çəkir. Məsələ ilə əlaqədar Qəbələ rayon yol istismar idarəsindən bildirilib ki, mövcud problemdən, sakinlərin qayğısından xəbərdardırlar.

Quşlar eləcə də yaxınlıqdakı daha bir neçə kəndin yol infrastukturunun yenilənməsi ilə bağlı məsələ müvafiq qaydada qaldırılıb. Bu məqsədlə maliyyə vəsaitinin ayrılmasını gözləyirlər.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Nihal Candanın keçmiş əri tənqidlərə ilk dəfə cavab verdi

Nihal Candanın keçmiş əri tənqidlərə ilk dəfə cavab verdi

Trampdan İsrailə ÇAĞIRIŞ: “Bombaları atmayın!” - FOTO/VİDEO

Trampdan İsrailə ÇAĞIRIŞ: “Bombaları atmayın!” - FOTO/VİDEO

Paşinyan: "Sünnət olunmadığımı sübut etməyə hazıram"

Paşinyan: "Sünnət olunmadığımı sübut etməyə hazıram"

Özünə bəysiz toy etmişdi, meyiti kolluqdan tapıldı – FOTO

Özünə bəysiz toy etmişdi, meyiti kolluqdan tapıldı – FOTO

Münaqişə yenidən ALOVLANIR... – Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI

Münaqişə yenidən ALOVLANIR... – Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI

Yay xoşbəxtliyi: Ulduzların unudulmaz anlar hazırladığı BÜRCLƏR

Yay xoşbəxtliyi: Ulduzların unudulmaz anlar hazırladığı BÜRCLƏR

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Azərbaycan ilk dəfə BMT-nin bürosuna sədr seçildi

Azərbaycan ilk dəfə BMT-nin bürosuna sədr seçildi

Qabiliyyət imtahanında 10 bal toplayan abituriyent – “Özümdən əminəm”

Qabiliyyət imtahanında 10 bal toplayan abituriyent – “Özümdən əminəm”

Azərbaycanda yay tətilində istirahət etmək üçün bölgələr – İLK ONLUQ

Azərbaycanda yay tətilində istirahət etmək üçün bölgələr – İLK ONLUQ

Artıq USM zamanı körpənin cinsiyyəti DEYİLMƏYƏCƏK? – Rəsmi AÇIQLAMA

Artıq USM zamanı körpənin cinsiyyəti DEYİLMƏYƏCƏK? – Rəsmi AÇIQLAMA

70 abituriyent Xoreoqrafiya üzrə qabiliyyət imtahanı verib - FOTO

70 abituriyent Xoreoqrafiya üzrə qabiliyyət imtahanı verib - FOTO

Şahin Məmmədov yeni komandan təyin edildi

Şahin Məmmədov yeni komandan təyin edildi

Azərbaycanda 15 minə cib saatı satılır - FOTO

Azərbaycanda 15 minə cib saatı satılır - FOTO

Ələt-Astara yolunda avtomobil kanala düşdü -FOTO/VİDEO

Ələt-Astara yolunda avtomobil kanala düşdü -FOTO/VİDEO

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR - Hərəkətdə olan maşının təkəri çıxdı – VİDEO

Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR - Hərəkətdə olan maşının təkəri çıxdı – VİDEO

“Neftçi” daha bir legionerə təklif GÖNDƏRDİ

“Neftçi” daha bir legionerə təklif GÖNDƏRDİ

İranın nüvə bazası, yoxsa kartof anbarı vurulub?! – SENSASİON DETALLAR

İranın nüvə bazası, yoxsa kartof anbarı vurulub?! – SENSASİON DETALLAR

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

İlham Əliyev Mingəçevirdə Çen Qianqı qəbul edib - FOTO

İlham Əliyev Mingəçevirdə Çen Qianqı qəbul edib - FOTO

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

End of content

No more pages to load

RADİO