Meyvələr tərkibində təbii şəkər (fruktoza və qlükoza) daşıyır və bu, emal olunmuş şirniyyatlarda istifadə edilən əlavə şəkərdən fərqlidir.
Bizim.Media xəbər verir ki, bu səbəbdən, meyvələr, hətta şəkərli olanlar belə, sağlamlıq baxımından daha faydalıdır.
Təbii şəkər və əlavə şəkər arasındakı fərq nədir?
Dietoloqların sözlərinə görə, təbii şəkər meyvələr və süd məhsullarında təbii şəkildə olur. Əlavə şəkər isə məhsulların hazırlanması zamanı sonradan əlavə olunur (şokolad, biskvit, şirniyyat, hazır içkilər və s.). Dietoloq Kolet Miko qeyd edir ki, meyvələrdəki təbii şəkərlə yanaşı lif, vitamin, mineral və antioksidantlar da mövcuddur ki, bu da onları balanslı və faydalı edir.
1. Limon və laym - Bu meyvə təxminən 2 qram şəkər, laym – təxminən 1 qram şəkər və
C vitamini ilə zəngindir, lakin təkbaşına deyil, içkilərə və yeməklərə əlavə edilməklə istehlak olunur.
2. Avokado - təxminən 1 qram şəkər ehtiva edir. Zülal və liflə zəngin olan avokado eyni zamanda ürək sağlamlığı və çəki nəzarəti üçün faydalıdır.
3. Malina (moruq) - 1 stəkan moruqda təxminən 5 qram şəkər var. Moruq yüksək lif (8 qram/stəkan) və antioksidant tərkibi ilə tanınır.
4. Kivi - 1 ədəd – təxminən 7 qram şəkər. Kivinin tərkibində karotinoidlər, C vitamini və 2 qram lif var. Həzmə və yuxuya müsbət təsir göstərir.
5. Böyürtkən (qara giləmeyvə) - 1 stəkanında təxminən 7 qram şəkər var. Yüksək lif və antioksidant tərkibinə malikdir, yaddaşı və ümumi beyin sağlamlığını dəstəkləyir.
6. Çiyələk - 1 stəkan (doğranmış) – təxminən 7 qram şəkər ehtiva edir. C vitamini, kalium və antioksidantlarla zəngindir. Ürək sağlamlığına faydalıdır.
7. Qarpız - 1 stəkanda təxminən 10 qram şəkər mövcuddur. Su ilə zəngin olduğu üçün aşağı kalorili və susuzluğu aradan qaldırmaq üçün ideal seçimdir. Tərkibində likopen (antioksidant) var.
8. Qreyfrut 1/2 qreyfrut – təxminən 11 qram şəkər, A və C vitaminləri ilə zəngindir. İmmunitet sistemini dəstəkləyir, xüsusilə soyuqdəymə mövsümündə faydalıdır.
9. Papaya - 1 stəkan doğranmış papaya təxminən 11 qram şəkər ehtiva edir. Fol turşusu ilə zəngindir (bir stəkan – gündəlik normanın 14 faizi). Həzm sisteminə dəstək verir.
10. Portağal - 1 orta ölçülü meyvədə təxminən 12 qram şəkər var. Portağal bütöv halda lif və C vitamini baxımından faydalıdır, lakin şirəsində şəkər miqdarı daha yüksəkdir, çünki bir stəkan şirəyə təxminən 3 portağal istifadə olunur.
Diabetoloq Erika Barrera xəbərdarlıq edir ki, təbii şəkər də karbohidrat miqdarına təsir edir. Ona görə diabeti olan şəxslər gündəlik şəkər və karbohidrat balansını həkim və ya dietoloqla birlikdə tənzimləməlidirlər.
Sağlam meyvə qəbulu üçün ümumi tövsiyələr:
Bütöv meyvələrə üstünlük verin, şirələr əvəzinə.
Lif tərkibli meyvələr (malina, böyürtkən, avokado) qan şəkərinin sabit qalmasına kömək edir.
Yerli və mövsümi meyvələrə üstünlük verin – daha təzə və qida dəyəri daha yüksək olur. (lent.az)
Bizim.Media