Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ EDİLDİ

Ölkəmizdən ixrac edilən bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara edilən xəbərdarlıqda bildirilir.
 

“Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır.


Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır”, - deyə xəbərdarlıqda qeyd edilir.

Həmçinin vurğulanır ki, sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə, idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac edilən bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da, etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yuventus"un planı MƏLUM OLDU

"Yuventus"un planı MƏLUM OLDU

Moruqla arıqlaya BİLƏRSİNİZ

Moruqla arıqlaya BİLƏRSİNİZ

Trampdan müəmmalı PAYLAŞIM: “Sülh yetişdi!" - FOTO

Trampdan müəmmalı PAYLAŞIM: “Sülh yetişdi!" - FOTO

Aysunun keçmiş ərinin toyundan yeni FOTOLAR

Aysunun keçmiş ərinin toyundan yeni FOTOLAR

Günün QOROSKOPU: Emosiyalarla yox, məntiqlə hərəkət edin

Günün QOROSKOPU: Emosiyalarla yox, məntiqlə hərəkət edin

“Real”ın futbolçusu əməliyyat olunacaq

“Real”ın futbolçusu əməliyyat olunacaq

DİQQƏT: Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

DİQQƏT: Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

"Şamaxı" "Kəpəz"lə QARŞILAŞACAQ

"Şamaxı" "Kəpəz"lə QARŞILAŞACAQ

Efirdə ŞOK İDDİA: Müğənni Mətanət 3 uşaqlı kişinin ailəsini dağıdıb - VİDEO

Efirdə ŞOK İDDİA: Müğənni Mətanət 3 uşaqlı kişinin ailəsini dağıdıb - VİDEO

Qusarda Dövlət Qulluqçularının Peşə bayramı Günü qeyd olundu - FOTO

Qusarda Dövlət Qulluqçularının Peşə bayramı Günü qeyd olundu - FOTO

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları - VİDEO

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları - VİDEO

Bakıdan Qətərə uçan təyyarə GERİ QAYITDI

Bakıdan Qətərə uçan təyyarə GERİ QAYITDI

"Sabah" - "Selye" oyununun biletləri SATIŞDA

"Sabah" - "Selye" oyununun biletləri SATIŞDA

Pezeşkian: “İrana vurulan hər yaraya görə iman və qətiyyətlə cavab verəcəyik"

Pezeşkian: “İrana vurulan hər yaraya görə iman və qətiyyətlə cavab verəcəyik"

Leyla Əliyeva Xızıdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Xızıdan paylaşım etdi - FOTO

Bakının bu ərazisində İŞIQ OLMAYACAQ

Bakının bu ərazisində İŞIQ OLMAYACAQ

Ağ Ev İranın cavab zərbəsindən sonra gərginliyin artmasını istəmir - KİV

Ağ Ev İranın cavab zərbəsindən sonra gərginliyin artmasını istəmir - KİV

Azərbaycan klubunda yeni BAŞ MƏŞQÇİ

Azərbaycan klubunda yeni BAŞ MƏŞQÇİ

Şəhərlərimizin bombalanması əmrini Ermənistan rəhbərliyi veribmiş - TƏSDİQLƏNDİ

Şəhərlərimizin bombalanması əmrini Ermənistan rəhbərliyi veribmiş - TƏSDİQLƏNDİ

İranın müdafiə naziri rusiyalı həmkarı ilə DANIŞDI

İranın müdafiə naziri rusiyalı həmkarı ilə DANIŞDI

Nüşabədən tənqidlərə CAVAB: “Nə edirəm, əcəb edirəm” - VİDEO

Nüşabədən tənqidlərə CAVAB: “Nə edirəm, əcəb edirəm” - VİDEO

İranın raket hücumlarından sonra Dohada SON VƏZİYYƏT - VİDEO

İranın raket hücumlarından sonra Dohada SON VƏZİYYƏT - VİDEO

Bu ölkələr hava məkanını BAĞLADI

Bu ölkələr hava məkanını BAĞLADI

End of content

No more pages to load

RADİO