Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
Bildirilib ki, məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.
Bizim.Media