Dünyada trendə çevrilən “Labubu”larla bağlı HƏYƏCAN TƏBİLİ – “Uşaqlardan uzaq TUTUN”

Son vaxtlar Labubu adlı oyuncaqlar dünyada sürətlə satılır. Bu oyuncaq uşaqlarla yanaşı böyüklərin də sevimlisinə çevrilib. Hətta "Labubu"ların satışı çinli sahibi Vanq Ninqin milyarder olmasına səbəb olub.

Qeyd edək ki, çirkin canavar da adlanan bu oyuncaqlar artıq Azərbaycanda da satılmağa başlayıb. “Labubu”lar öz xüsusi görünüşləriylə, böyük gözləri və dişləriylə diqqət çəkir. Hətta bəzi mütəxəssislər deyir ki, bu  oyuncaqlarla oynamaq uşağın psixologiyasında ciddi fəsadlara yol aça bilər.

Bu isə valideynləri övladları üçün bu oyuncağı alıb-almamaq barəsində qərarsız qoyur.  

Bizim.Media mövzuyla bağlı psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib. O da vurğulayır ki, bu oyuncağın vizual dili klassik “şirin” obrazlardan fərqlidir.

“Böyük gözlər, kəskin dişlər və qəribə mimika ilk baxışdan uşaqlar üçün narahatlıq yarada biləcək vizual elementlər daşıyır. Əgər belə oyuncağa uşaq auditoriyası yönəldilirsə, bu, psixoloji risk daşıyır. Uşaqlar xüsusilə 3-10 yaş arası dövrdə gördükləri hər şeyi hissləri ilə qavrayırlar. Onların reallıq və fantaziya sərhədləri hələ tam oturuşmadığı üçün qəribə və anlaşılmayan simalar onlarda qorxu, narahatlıq və yuxu pozuntuları yarada bilər. Hətta bəzi həssas uşaqlarda bu vizual təsvirlər gecə kabuslarına, sosial çəkinməyə və ya emosional gərginliyə səbəb ola bilər”.

Psixoloq bu oyuncağın gənclər arasında da yayılmasından danışıb:

“Gənclər arasında fərqlilik, ironik yanaşmalar və “qəribə olan gözəldir” tendensiyası geniş yayılıb. Bu oyuncağın qəribə estetikası onların özlərini ifadə vasitəsi kimi görünə bilər. Bu hal bəzən normal identifikasiya və özünüifadə ehtiyacıdır. Amma emosional balansı zəif olan yeniyetmələrdə bu tip fiqurlara bağlılıq, bəzi hallarda neqativ duyğularla da əlaqələndirilə bilər.

Oyuncaq üzərindən aqressiya və qorxu təbliğatı aparıldığı fikirləri emosional reaksiyalar əsasında yaranır. Hazırda bu oyuncağın məqsədli şəkildə uşaqlarda aqressiya və psixoloji pozuntu yaratmaq üçün hazırlandığını təsdiqləyən elmi dəlil yoxdur.

Amma unutmayaq ki, oyuncaq yalnız əyləncə vasitəsi deyil, həm də psixoloji və mədəni mesaj daşıyıcısıdır. Ona görə də valideynlər və pedaqoqlar vizual simvolların uşaq dünyasında necə qəbul olunduğunu nəzərə almalıdır”.

Müsahibimiz valideynlərə məsləhət görür ki, 3-10 yaş arası uşaqları bu tip oyuncaqlardan uzaq saxlasınlar.
 

“Uşağın niyə bu oyuncağı istədiyini araşdırın. Bəzən sadəcə dəbə uymaq istəyə, bəzən isə daxili narahatlıqlarını ifadə etməyə çalışa bilər. Qadağa əvəzinə söhbət aparın. Uşağa səbəbini izah etmək, onunla birlikdə qərar vermək daha sağlam nəticələr verir. Oyuncaqlar uşağın emosional dünyasını formalaşdırır. Seçim zamanı yalnız “sevimli” olması deyil, psixoloji təhlükəsizlik də əsas meyardır.


Bu, cəmiyyətin və vizual mədəniyyətin dəyişən üzüdür. Biz psixoloqlar olaraq bu dəyişiklikləri qadağan etmək deyil, şüurlu müşahidə və doğru yönləndirmə ilə idarə etməyə çalışırıq. Uşaq psixologiyası həssas bir sahədir və hər bir yeni oyuncağa bu həssaslıqla yanaşmaq vacibdir”,-deyə psixoloq sonda qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

Neymar Santosda QALACAQ

Neymar Santosda QALACAQ

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Ozobiç “Neftçi”dən niyə gedib?

Ozobiç “Neftçi”dən niyə gedib?

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

DİQQƏT: Üç rayonda qaz olmayacaq

DİQQƏT: Üç rayonda qaz olmayacaq

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

İsrail İran təhlükəsizlik qüvvələrinin rəis müavinini ÖLDÜRDÜ - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

Şəbnəm və Nazənin “Lotu Quli”nin bacısının ad günündə - VİDEO

End of content

No more pages to load

RADİO