Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya Penitensiar Xidmətdən məlumat verilib.
Bildirilib ki, həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Bizim.Media