Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”

Bir neçə gündür sosial şəbəkələrdə rezonansa səbəb olan hadisə – Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirovun 16 yaşlı qızı qaçırması olub. İddialara görə 36 yaşlı Turab Tahirov məscidə “Quran” dərsi almağa gələn yeniyetməni Göyçay rayonunun Qaraməryəm kəndinə apararaq orada saxlayır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Qaçırılma olayından sonra 16 yaşlı qız sosial şəbəkələrdə videomüraciət yayaraq, heç bir məcburiyyətin və zorakılığın olmadığını deyib, axunda öz razılığı əsasında qoşulub qaçdığını dilə gətirib. O, həmçinin ailəsi tərəfindən dəfələrlə fiziki şiddətə və təhqirlərə də məruz qaldığını vurğulayaraq, bir növ atdığı addımı doğmalarının onu qısnadığı ilə əsaslandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı QAÇIRDI


Yeniyetmə qızların tez ailə qurmasına səbəb doğrudanmı ailədaxili problemlərdir?

Məsələyə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova münasibət bildirib.

O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bu kimi hallarda yalnız ailədaxili münasibətləri əsas gətirməklə kifayətlənmək düzgün yanaşma deyil:

“Burada təkcə ailəni ittiham etməklə məsələ bitmir. Qarşı tərəf – yəni axund – manipulyasiya və sui-istifadə hallarına yol verib. Onun kifayət qədər inandırma və ətrafına insan toplama bacarığı var. Təəssüf ki, o bu üstünlüklərindən azyaşlının psixoloji həssaslığını istismar etmək üçün istifadə edib”.

Mehriban Zeynalova qeyd edib ki, yeniyetmənin yaş dövrü aşiq olmağa və simpatiya hiss etməyə açıq bir mərhələdir.

Lakin qarşısındakı yetkin şəxs bu duyğulara istiqamət verərək, sağlam qərarların formalaşmasına dəstək olmalıdır:

“Əgər ailədə problem olubsa və qız bu mühitdən qaçmaq istəyibsə, bu, sui-istifadəyə əsas vermir. Əksinə, qarşı tərəf onun kövrək durumunu anlayaraq məsuliyyətli davranmalı idi. Lakin görünən odur ki, axund bu vəziyyətdən maksimum istifadə edib və yeniyetməni ailə qurmağa təhrik edib. Qız da sadəlövh şəkildə bunu doğru qərar hesab edib”.
 

M.Zeynalova əlavə edib ki, belə hallarda müvafiq qurumlar məsələyə müdaxilə etməli, azyaşlının psixoloji vəziyyəti araşdırılmalı və ona mütəxəssislərlə işləmək üçün şərait yaradılmalıdır:


“Qız bu mərhələdə öz fədakarlığını göstərmək, sevdiyini qorumaq hissi ilə hərəkət edir. Amma unutmamalıyıq ki, o hələ formalaşmamış bir fərddir və onun müdafiəyə deyil, mühafizəyə ehtiyacı var”, - deyə Mehriban xanım müvafiq qurumlara səslənib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkələr hava məkanını BAĞLADI

Bu ölkələr hava məkanını BAĞLADI

Bəzi bölgələrdə şəkər tozu TAPILMIR – “Daha iki ay belə davam etsə...”

Bəzi bölgələrdə şəkər tozu TAPILMIR – “Daha iki ay belə davam etsə...”

Azyaşlı oğlunun qəlyan çəkən videosunu paylaşdı - VİDEO

Azyaşlı oğlunun qəlyan çəkən videosunu paylaşdı - VİDEO

Tramp Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDI

Tramp Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDI

Azərbaycanlı futbolçu Türkiyə KLUBUNDA

Azərbaycanlı futbolçu Türkiyə KLUBUNDA

Şəkər xəstələri bu meyvələri yeyə bilər

Şəkər xəstələri bu meyvələri yeyə bilər

İran ABŞ-ın Qərbi Asiyadakı ən böyük hərbi bazasına hücum edib - VİDEO

İran ABŞ-ın Qərbi Asiyadakı ən böyük hərbi bazasına hücum edib - VİDEO

“Ermənistanın yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi sülh və barışıq niyyətində olmadığını göstərir”

“Ermənistanın yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi sülh və barışıq niyyətində olmadığını göstərir”

ABŞ-ın İraqdakı aviabazası maksimum hazırlıq vəziyyətinə GƏTİRİLDİ

ABŞ-ın İraqdakı aviabazası maksimum hazırlıq vəziyyətinə GƏTİRİLDİ

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ EDİLDİ

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ EDİLDİ

Klublarımız Avrokubok oyunlarını hansı stadionlarda keçirəcəklər? – SORĞU

Klublarımız Avrokubok oyunlarını hansı stadionlarda keçirəcəklər? – SORĞU

Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edildi - FOTO

Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edildi - FOTO

SON DƏQİQƏ: İran ABŞ-a qarşı “Qələbə müjdəsi” əməliyyatına BAŞLADI - VİDEO

SON DƏQİQƏ: İran ABŞ-a qarşı “Qələbə müjdəsi” əməliyyatına BAŞLADI - VİDEO

"Ona "sevgilim" deyirdim"

"Ona "sevgilim" deyirdim"

Leyla Əliyeva məzun günündə - FOTO

Leyla Əliyeva məzun günündə - FOTO

Harutyunyan ərazilərimizdə qanunsuz məskunlaşma aparılmasını TƏSDİQLƏDİ

Harutyunyan ərazilərimizdə qanunsuz məskunlaşma aparılmasını TƏSDİQLƏDİ

İsrail Livana hava zərbələri ENDİRİR - FOTO/VİDEO

İsrail Livana hava zərbələri ENDİRİR - FOTO/VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi yollarında tıxac var

Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi yollarında tıxac var

Atasının evinə hücum edən müharibə iştirakçısı HƏBS OLUNDU

Atasının evinə hücum edən müharibə iştirakçısı HƏBS OLUNDU

Rəsmi Bakıdan İrəvana CAVAB

Rəsmi Bakıdan İrəvana CAVAB

Ronaldonun gələcəyi MÜƏYYƏNLƏŞDİ

Ronaldonun gələcəyi MÜƏYYƏNLƏŞDİ

Bakıda 3 ünvanda mindirib-düşürmə yerləri yaradıldı - FOTO

Bakıda 3 ünvanda mindirib-düşürmə yerləri yaradıldı - FOTO

Bölgələrə leysan yağır - FAKTİKİ HAVA

Bölgələrə leysan yağır - FAKTİKİ HAVA

Vuçiç: “Serbiya müdafiəsini gücləndirir”

Vuçiç: “Serbiya müdafiəsini gücləndirir”

End of content

No more pages to load

RADİO