Cəlilabad rayonunun Ələt-Astara magistral yolunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ciddi yol qəzası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin ağır xəsarətlər alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralıları Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub Bürosu