Məhərrəm ayı ilə bağlı FƏTVA VERİLDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.

Bizim.Media xəbər verir ki, bu barədə QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri məlumat yayıb.

Fətvada deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir:

“Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək”, - qeyd olunub.
 

Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.


QMİ Qazılar Şurası onu da diqqətə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir:

“Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır.
 

Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.


Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həbsdə olan xalası oğluna sümüyün içində heroin keçirmək İSTƏDİ - FOTO

Həbsdə olan xalası oğluna sümüyün içində heroin keçirmək İSTƏDİ - FOTO

Alla Puqaçovanın Kiprdəki villası - VİDEO

Alla Puqaçovanın Kiprdəki villası - VİDEO

Abituriyentlərin DİQQƏTİNƏ: İmtahan keçiriləcək

Abituriyentlərin DİQQƏTİNƏ: İmtahan keçiriləcək

Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA

Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi – RƏSMİ

Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi – RƏSMİ

Çin Azərbaycana TƏŞƏKKÜR ETDİ

Çin Azərbaycana TƏŞƏKKÜR ETDİ

Netanyahunun xanımından İran xalqına MÜRACİƏT: "Biz sizin düşməniniz deyilik" – FOTO

Netanyahunun xanımından İran xalqına MÜRACİƏT: "Biz sizin düşməniniz deyilik" – FOTO

Qanalı futbolçu “Qəbələ”nin TRANSFER HƏDƏFİNDƏ

Qanalı futbolçu “Qəbələ”nin TRANSFER HƏDƏFİNDƏ

Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR – FOTO/VİDEO

Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR – FOTO/VİDEO

Ən "ucuz" qadınlar belə edir - Bu səhvləri etməyin

Ən "ucuz" qadınlar belə edir - Bu səhvləri etməyin

Məktəbi fərqlənmə ilə bitirənlərin sayı açıqlandı

Məktəbi fərqlənmə ilə bitirənlərin sayı açıqlandı

Pensiya kartlarını alıb, ruhi dispanserə SALDIRIB – “14 ildir DÖYÜR” - VİDEO

Pensiya kartlarını alıb, ruhi dispanserə SALDIRIB – “14 ildir DÖYÜR” - VİDEO

"Canını al, pulunu alma" - Ən xəsis 2 BÜRC

"Canını al, pulunu alma" - Ən xəsis 2 BÜRC

Rəsmi Bakı Suriyaya başsağlığı verdi

Rəsmi Bakı Suriyaya başsağlığı verdi

Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz

Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz

SON DƏQİQƏ! İran Suriyada ABŞ hərbi bazasına HÜCUM ETDİ

SON DƏQİQƏ! İran Suriyada ABŞ hərbi bazasına HÜCUM ETDİ

Arayik əvvəllər bu bankda işləyib - Məhkəmədə YENİ ETİRAF

Arayik əvvəllər bu bankda işləyib - Məhkəmədə YENİ ETİRAF

İranın qisas planı İFŞA OLDU – Tehran iki müsəlman ölkəsinə zərbə endirməyə HAZIRLAŞIR – DETALLAR

İranın qisas planı İFŞA OLDU – Tehran iki müsəlman ölkəsinə zərbə endirməyə HAZIRLAŞIR – DETALLAR

Göyçayda ağır qəza: 3 nəfər xəsarət aldı - FOTO

Göyçayda ağır qəza: 3 nəfər xəsarət aldı - FOTO

“ABŞ keçmişin səhvlərindən nəticə çıxarmaqda acizdir” – KİV

“ABŞ keçmişin səhvlərindən nəticə çıxarmaqda acizdir” – KİV

Gəncədə avtomobil təmir sexinin qarşısında yandı

Gəncədə avtomobil təmir sexinin qarşısında yandı

Röyadan keçmiş ərinə CAVAB - VİDEO

Röyadan keçmiş ərinə CAVAB - VİDEO

“Zirə”nin legioneri Türkiyə klubunun DİQQƏT MƏRKƏZİNDƏ

“Zirə”nin legioneri Türkiyə klubunun DİQQƏT MƏRKƏZİNDƏ

End of content

No more pages to load

RADİO