Xəbər verdiyimiz kimi, 20-21 iyun tarixlərində ölkəmizdəki xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzura səfər ediblər.
Bizim.Media xəbər verir ki, diplomatik korpus nümayəndələrinin səfər marşrutu “Bakı-Laçın” birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib.
Yekunda isə onlar Ağdam-Bakı dəmir yolu xətti ilə paytaxta dönüblər.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərin səfər proqramı 2 gün davam edib.
Səfərin icmalına dair İctimai TV-nin hazırladığı görüntüləri təqdim edirik:
Bizim.Media