İki qadının öldüyü maşından o sağ çıxarıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.


Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qeyd edək ki, “Opel” markalı minik avtomobilində olan digər 2 nəfər hadisə yerində keçinib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xameneinin ölümdən dönən müşaviri: “Oyun bitmiş sayılmır”

Xameneinin ölümdən dönən müşaviri: “Oyun bitmiş sayılmır”

İsveçrədən Suriyaya JEST: Sanksiyaları ləğv etdi

İsveçrədən Suriyaya JEST: Sanksiyaları ləğv etdi

Burak Yılmaz Superliqa klubundan ayrıldı

Burak Yılmaz Superliqa klubundan ayrıldı

Dəməşqdə kilsədə terror aktı - 25 ölü var

Dəməşqdə kilsədə terror aktı - 25 ölü var

NATO hərbi xərclərini artıracaqmı?

NATO hərbi xərclərini artıracaqmı?

Viktor Orban: İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq

Viktor Orban: İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq

Əraqçi ABŞ və İsrailin hücumlarını Putinlə müzakirə edəcək

Əraqçi ABŞ və İsrailin hücumlarını Putinlə müzakirə edəcək

Prezidentin nəvələri Rafael Fiziyev ilə görüşdü - FOTO

Prezidentin nəvələri Rafael Fiziyev ilə görüşdü - FOTO

İran Prezidenti yaralılara baş çəkdi - VİDEO

İran Prezidenti yaralılara baş çəkdi - VİDEO

Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO

Klublararası Dünya Çempionatı: "Yuventus" ikinci qələbəsini qazandı - VİDEO

Sahib Alıyevə AĞIR İTKİ

Sahib Alıyevə AĞIR İTKİ

ABŞ nüvə bombasını Tehranın əlindən aldı - Tramp

ABŞ nüvə bombasını Tehranın əlindən aldı - Tramp

İsrail qırıcıları Tehrana aviazərbələr endirdi - VİDEO

İsrail qırıcıları Tehrana aviazərbələr endirdi - VİDEO

Dondurma alarkən bunlara mütləq diqqət edin – Şirin təhlükə

Dondurma alarkən bunlara mütləq diqqət edin – Şirin təhlükə

Faciəvi şəkildə ölən məktəblinin FOTOSU

Faciəvi şəkildə ölən məktəblinin FOTOSU

Diplomatların Qarabağ səfərinin icmalı - VİDEO

Diplomatların Qarabağ səfərinin icmalı - VİDEO

İki qadının öldüyü maşından o sağ çıxarıldı - VİDEO

İki qadının öldüyü maşından o sağ çıxarıldı - VİDEO

Pezeşkian Makronla telefon danışığında ABŞ-dan şikayət etdi

Pezeşkian Makronla telefon danışığında ABŞ-dan şikayət etdi

İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO

İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO

Quba qəzasında sürücünün arvadı və baldızı HƏLAK OLDU

Quba qəzasında sürücünün arvadı və baldızı HƏLAK OLDU

ABŞ-dan Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq...

ABŞ-dan Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq...

Ebru Gündeş qızı və həyat yoldaşı ilə… — FOTO

Ebru Gündeş qızı və həyat yoldaşı ilə… — FOTO

Tehranda aksiya: Pezeşkian da qatıldı -FOTO/VİDEO

Tehranda aksiya: Pezeşkian da qatıldı -FOTO/VİDEO

“Toppuş bacı”nın əri onun heç yerdə olmayan VİDEOsunu paylaşdı

“Toppuş bacı”nın əri onun heç yerdə olmayan VİDEOsunu paylaşdı

End of content

No more pages to load

RADİO