Bakı-Quba yolunun 156-cı km-də baş verən qəzada həlak olan sərnişin qadınların və avtomobilləri idarə edən sürücülərin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, Quba sakini Rahim Baxışovun idarə etdiyi "Opel" markalı avtomobillə digər Quba sakini Taleh Sərkarovun idarə etdiyi "Hyundai" markalı avtomaşınla toqquşub.
Nəticədə "Opel"də olan sərnişinlər, sürücünün baldızı Validə Dəryazova və arvadı Ədalət Baxışova yerindəcə ölüb.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov faktı təsdiqləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu