Bakı-Quba yolunda dəhşətli qəza olub.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Quba yolunun Qubanın Birinci Nügədi kəndindən keçən hissəsində baş verib.
Belə ki, “Hyundai” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.
Ölənlərin sərnişin qadınlar olduğu deyilir.
Faktla bağlı araşdırma başlanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu